Ağzın quruyur, tez-tez susayırsan – Kserostomiya nədir?

  • 2019.04.04 21:18
  • 24416 Baxış
Ağzın quruyur, tez-tez susayırsan –  Kserostomiya nədir?
Çox az adama məlum olan bu tibbi termin ağızın selikli qişasının quruması deməkdir. Bu problem ağız suyunun kifayət qədər ifraz olunmaması, onun tərkibinin dəyişməsi ilə bağlı meydana çıxır. Bunun ardıyca ağızda pis qoxu, çeynəməkdə problem və tüpürcək vəzilərində şişkinlik yaranır.


Medicina.az el arasında dilim, dodağım, ağzım quruyur, kimi xarakterizə olunan kserostomiyanın səbəblərini təqdim edir:


-Diabet

-Hamiləlik

-Siqaret

-Depressiya

-Panik atak, nevroz

-Revmatoid artrit

-Orqanizmin qocalması

-Bir sıra dərman preparatları da ağızda quruluq yaradır: antidepressantlar, təzyiq dərmanları, antihistaminlər və s.


Kəskin susuzluq hissi – orqanizmdə su-duz mübadiləsinin pozulmasını göstərir. Daimi sanki səhradasız kimi yanğı hissi, ağızın içinin, dilin dodağının quruması-orqanizmin ciddi siqnalıdır. 

 


NƏ ETMƏLİ?


Əgər susuzluq,yanğı, quruluq hissi su içdikdən sonra əl çəkmirsə, ilk növbədə şəkəri yoxlatmalı, qəbul etdiyiniz dərmanları araşdırmalı, daha sonra terapevtə müraciət etməli. O, isə sizi ginekoloq, qastroenteroloq, endokrinoloqa yönləndirə bilər. 


Susuzluğum yatmır


Çox xəstələr diabet olduğundan xəbərsiz olur. Diaqnozunu bilənə kimi orqanizmdə susuzlaşma gedir.  Əgər sizdə susuzluqla yanaşı, tez-tez sidiyə getmə də baş verirsə, deməli, qanda qlükoza çoxdur. 


Qadınlarda menstruasiya ərəfəsində də aşırı susuzluq yaranır. Estrogen və progesteronun təsiri su-duz balansında özünü göstərir. 


Qalxanvari vəzidən şübhələn


Qalxanvari vəzin istənilən pozulmaları həzm pozuntusu, bədən hərarətinin dəyişməsi, psixoemosional pozuntular, eləcə də ağızda, dildə, dodaqlarda quruluq əlaməti yaradır. 


Hipofiz vəzin düzgün işləməməsi


Bu vəzi də tez-tez sidiyə getmə, susuzluq, yanma hissi verir. Hətta şəkərsiz diabetə də səbəb olur. 


Ağızda quruluq yalnız bir halda sevindirici ola bilər: əgər hamiləlik varsa. Qalan hallarda həkimə getmək vacibdir.

 


Ağzın quruyur, tez-tez susayırsan –  Kserostomiya nədir?
Ağzın quruyur, tez-tez susayırsan –  Kserostomiya nədir?