Akupunktura nədir? - Qədim Çin təbabətinin möcüzəvi təsiri

  • 2019.11.18 14:21
  • 8152 Baxış
Akupunktura nədir? -  Qədim Çin təbabətinin möcüzəvi təsiri

 


Akupunktura(iynə batırma) ənənəvi Çin təbabətinin bir qolu olub, müalicə
məqsədi ilə bədənin xüsusi nöqtələrinə, xüsusi iynələrin batırılması ilə həyata
keçirilir.



 


Bir müalicə üsulu kimi akupunktura
yüzilliklərlə inkişaf edib. Yalnız 1951 ci ildə Çində (Pekin şəhərində)
akupunktura metodları üzrə Eksperimental İnstitut yaradıldı, 1955-ci ildə isə
Elmi Tətqiqat İnstitutuna çevrildi. Təxminən elə həmin vaxtlardan akupunktura,
bütün dünyada əlavə müalicə metodu kimi geniş miqlasda istifadə olunmağa
başlandı.



Hal hazırda Çində, Yaponiyada, Koreyada
akupunktura xroniki xəstəliklərin müalicəsində tətbiq olunur. Bu ölkələrdə
akupunktura sakitləşdirici və tonuslandırıcı metod kimi də geniş istifadə
olunur. Həmçinin cərrahiyyədə və tibbin digər sahələrində iynəbatırmadan
istifadə edirlər.


 


Hər bir insanın bədənində 650 nöqtə mövcuddur
ki, bunlara təsir edərək müxtəlif xəstəlikləri müalicə etmək, orqanizmin ümumi
vəziyyətini, həyat enerjisini tənzimləmək mümkündür.



 


Medicina.az xəbər verir ki, bu metod bədənin bir çox fərqli nöqtəsinə edilə bilər, lakin ən təsirli nöqtələri
qulaqdadır.qulaqdakı müəyyən nöqtələrə təzyiqlər müxtəlif orqanlar və bədənin digər hissələrinəmüsbət təsir göstərir. Bu metod həm də rahatlamaq ,stresdən azad olmaq və bədənin
təsirini artırmaq üçün istifadə edilə bilər.



Qulaq akupunturu ( iynə batırma) nədir?


İynə batırma qulaqdakı nöqtələrə təzyiq nəticəsində bütün bədəni
müalicə edə biləcək bir üsuldur. Qulaqda müəyyən maqnit sahələri var. Bu sahələr elektro-nevroloji ölçmələrlə qulaqdakı
siqnalları ölçür. Bu siqnal nöqtələrindən bəzilərinə daimi kiçik iynələr, digərlərinə
isə kiçik silahlar yapışdırılır. Gün ərzində bu nöqtələrə basır və müalicə
etmək istədiyiniz yerləri xəbərdar edirsiniz.



 


Qulaqlar və ayaqlar bədənin başlanğıc və son yerləridir.
Bu bölgələrdəki əsas nöqtələr sayəsində bütün maddələr mübadilənizdə aktiv fəaliyyət
yarada bilərsiniz. Dəri xəstəlikləri, mədə ,vertebra, burun, qarın, əllər, gözlər
və s. müxtəlif bölgələrdəki xəstəlikləri
qulaqdakı nöqtələrdən stimullaşdırıla bilərsiniz .


Böyrəküstü bezlərdən allergiya nöqtələrinə, iştaha
nəzarətdən stres pozğunluqlarına, yüksək
təzyiqdən əzələ gərginliyinə qədər problemlər qulaq nöqtəsinə iynə batırma yolu
ilə demək olar ki, ağrısız, acız, dərman olmadan müalicə edilə bilər. Bu üsulun
bədənə heç bir kimyəvi maddə daxil olmur və düzgün aparıldığı müddətcə yan təsirləri
yoxdur. Bunun üçün işini bilən bir həkimə müraciət etmək lazımdır.



Siqareti atmaq, arıqlamaq, miqren baş ağrısını
aradan qaldırmaq kimi möcüzələri ilə məşhur olan bu metod əslində nəticələri gözlə
görülən alternativ bir tibbi üsuldur. Əksər hallarda dərmanların əslinfə özümüzə
aid olduğunu göstərən bir elmdir.


 

Akupunktura nədir? -  Qədim Çin təbabətinin möcüzəvi təsiri
Akupunktura nədir? -  Qədim Çin təbabətinin möcüzəvi təsiri
Akupunktura nədir? -  Qədim Çin təbabətinin möcüzəvi təsiri