Angela Merkelin titrəmələrinin səbəbi bilindi: hamı yoluxa bilər – SƏBƏBLƏRİ, MÜALİCƏSİ

  • 2019.07.15 12:56
  • 2583 Baxış
Angela Merkelin titrəmələrinin səbəbi bilindi: hamı yoluxa bilər  – SƏBƏBLƏRİ, MÜALİCƏSİ
Almaniya kansleri Angela Merkelin titrəmələrinin səbəbi bütün dünyanın diqqət mərkəzində idi. Medicina.az-ın xəbərinə görə, mütəxəssislər Merkelin titrəmələrinin səbəbinin Hipoqlikemiya olduğunu açıqlayıb.
Hipoqlikemiya nədir?

 

 

Hipoqlikemiya — qanda şəkərin normadan az olmasıdır. Bəzi səbəblərdən qanda şəkərin miqdarının qəfil aşağı düşməsi müşahidə olunur, bu da hipoqlikemiya adlanır.

 

 
Əlamətləri kəskin zəiflik, çox tərləmə, başağrısı, başgicəllənmə bədənin əsməsi, solğunluq, gözlərin qaralması və ikigörmə, narahatlıq, əhvalın dəyişməsi, qorxu, ürəkdöyünmənin sürətlənməsi, güclü aclıq hissi. Belə xəstələrdə həftədə iki dəfə analoji tutma ola bilir. Xüsusi ilə birinci tip diyabetli olanlar iki dəfə və ya bir dəfə əsmə krizi yaşana bilir.   Hipoqlikemiya uzun müddət ac qalanda da titrəmə ilə meydana çıxır. Bundan başqa əsəb, gərginlik və yuxusuluq da bu cür tutmalara səbəb olur.
Bu insanlar ifrat duzlu və şirin qidalara həddindən çox maraq göstərir, gecənin istənilən tez-tez susayır, depressiyaya düşür və bir çox nüanslar ortaya çıxır. Hətta gecə səhərəyaxın tərləmələr də başverir. Ona görə də analoji tutmalar zamanı mütləq həkimə gedib yoxlanmaq lazımdır. Nəticə Hipoqlikemiya da olmaya bilir.

 

 

Səbəbi nədir?

 

Hipoqlikemiya probleminin son illərdə daha poulyarlaşması qidalanma səhvi ilə bağlıdır. Çünki daha çox unlu, şəkərli və duzlu qidalara üstünlük veririk. Bu xüsusən ikinci tip diyabetli olan inşalarda sıx rastlanan durumdur.

 

 
Hipoqlikemiya bir neçə səbəbdən yarana bilər: 1. Karbohidratların kifayət qədər istifadə olunmaması 2. İnsulinin yüksək dozada vurulması 3. Böyük fiziki aktivlik
4. Alkoqolun qəbulu

 

 
Bundan başqa hipoqlikemiya qanda şəkərin səviyyəsinin kəskin düşməsindən də yarana bilər. Hiperqlikemiyadan fərqli olaraq hipoqlikemiya qəfildən və çox kəskin şəkildə başlayır. Hipoqlikemiya ağır və yüngül ola bilər. Yüngül hipoqlikemiyada xəstə özü əmələ gələn ağırlaşmanın öhdəsindən gələ bilər. Lakin vaxtında tədbir görmədikdə beyinin fəaliyyətinin pozğunluğu kəskin artır ki, buda huşun itməsi ilə nəticələnən ağır hipoqlikemiyaya gətirib çıxarır.

 

Yüngül hipoqlikemiyanın simptomları aşağıdakılardır:
1. aclıq hissi 2. ürək döyünmə 3. bədənin əsməsi 4. tərləmə 5. baş gicəllənmə 6. dərinin solğunluğu 7. qorxu 8. narahatlıq 9. zəiflik Bəzi insanlarda hipoqlikemiya zamanı bu əlamətlərdən başqa, xüsusi hisslər də yaranır. Misal üçün, keyləşmə, burunun ucunda, ağızda və üst dodaqlarda arabir sancma ola bilər. Hipoqlikamiyası olan xəstənin rəngi kəskin şəkildə ağara bilər, əhval ruhiyyəsində dəyişkənliklər, birdən-birə yaranan əsəbilik, gərginlik, qəmginlik müşahidə oluna bilər. Ağır hipoqlikemiya zamanı əsasən bu əlamətlər müşahidə edilir: 1. fikrin dolaşıqlığı 2. pis koordinasiya 3. nitqin pozulması 4. qıc olma
5. koma

 

 
Hipoqlikemik koma
Əgər qanda şəkərin səviyyəsi çox aşağı göstəricilərə qədər düşərsə, bu, mərkəzi sinir sisteminə çox pis təsir edər. İnsan öz hərəkətlərində durğunluq hiss edər və huşunu da itirə bilər. Hipoqlikemiya zamanı adamın huşunu tamam itirməsi və həyatı vacib orqanların fəaliyyətinin (yəni ürəyin fəaliyyəti və tənəffüs) pozulması hipoqlikemik koma adlanır. Hipoqlikemik koma həyat üçün çox təhlükəlidir və o, azacıq hiss edilərsə, təcili tədbir görülməlidir.   

                   

Hipoqlikemiyalar bir neçə qrupa bölünür:

 

 
Reaktiv hipoqlikemiya. 1) Fruktozaya qarşı tolerantlığın irsi pozulması, qalaktozemiya. 2) Alimentar Hipoqlikemiya qida qəbulundan sonra adrenergik simptomlarla xarakterizə olunur. Əsasən qastroektomiya, piloroplastika, mədənin tez boşalması ilə əlaqədar qastroektomiya əməliyyatı olunmuş xəstələrdə rast gəlinir. Belə xəstələrdə qida bağırsağa tez keçir və sorulur. Bu zaman qlükozanın qana keçməsi lazımi miqdardan çox insulin sekresiyası törədir. Qlükozanin qanda miqdarı insulinə nisbətən daha tez enir. 2) Aclıq Hipoqlikemiyası. Bu zaman qlükozanın qaraciyərdə produksiyası ilə onun utilizasiyası arasında tarazlıq pozulur. Balansın pozulmasının səbəbi hiperinsulinizmdir. İnsulinin miqdarının az olmasına baxmayaraq, qanda qlükozanın miqdarı aşağı düşürsə, bu əsasən şiş xəstəlikləri ilə əlaqədardır. Şiş hüceyrələri insulinəbənzər faktorlar sekresiya edirlər.
Qanda qlükozanın səviyyəsinin aşağı enməsi, həmçinin, karnitinin azlığı ilə də əlaqədar ola bilər. Bu zaman sərbəst yağ turşularının oksidləşməsi pozulur.

 

 
Ümumilikdə hipoqlikemiyanı törədən səbəblər bunlardır: 1) Hormon defisiti: katexolaminlərin, qlükaqonun defisiti, böyrəküstü vəzilərin çatışmazlığı və s. 2) Fermentlərin defisiti: Qlükoza 6 fosfataza, böyrək fosforilazası, piruvatkarboksilaza, fruktoza 1,6 difosfataza, qlikogensintetaza və s. 3) Substrat defisiti: Qida rejiminin pozulması, əzələ zəifliyi, yaşlı dövrdə hamiləlik və s. zamanı. 4) Dərmanlar və narkotiklər: alkohol, propranolol, salisilatlar. 5) Qaraciyərin qazanılmış xəstəlikləri: sirroz, ağır gedişli hepatit. 6) Uremiya Hipoqlikemiyanın aradan götürülməsi taktikasını nəzərdən keçirək. 1. Şəkərli ərzaqlardan istifadə edin: qənddən və ya şəkər tozundan – 12 qr = (dərhal 5-6 tikə qənd və ya 2-3 xörək qaşığı şəkər tozundan yemək lazımdır);

Bal – 2-3 xörək qaşığı, şirin içkilər (çay, isti suda həll olunmuş bal və ya mürəbbə);
Üzüm və ya alma şirəsi – dolu stəkan, 250 ml; 2. Şəkər qəbul etdikdən sonra alma yeyin və hipoqlikemiyanın əlamətlərinin yox olmasını gözləmək üçün 5-10 dəqiqə uzanın. 3. Həmin ərzaqlar 3-5 dəqiqədən sonra qanda qlükozanın səviyyəsini sürətlə qaldırır. Hipoqlikemiyanın bu 2-ci dalğasını kompensasiya etmək üçün xəstə qara çörək qəbul etməlidir. Həmçinin 1 alma, bulka, peçenyə, çörəklə 1-2 buterbrod qəbulu da məsləhətdir. Vəziyyət huşun itməsi ilə nəticələnibsə, onda müalicə belə olacaq: Vena daxilinə 40%-li 60-80 ml qlükozanın tədricən yeridilməsi. 2. Birinci inyeksiyadan sonra xəstənin huşu özünə gəlmirsə, təkrar olaraq 40-50 ml qlükoza məhlulu vena daxilinə yeridilməlidir, sonra isə xəstəxanaya göndərilməlidir.
 Ayna Məmmədova

  Medicina.az
 
Angela Merkelin titrəmələrinin səbəbi bilindi: hamı yoluxa bilər  – SƏBƏBLƏRİ, MÜALİCƏSİ
Angela Merkelin titrəmələrinin səbəbi bilindi: hamı yoluxa bilər  – SƏBƏBLƏRİ, MÜALİCƏSİ
Angela Merkelin titrəmələrinin səbəbi bilindi: hamı yoluxa bilər  – SƏBƏBLƏRİ, MÜALİCƏSİ
Angela Merkelin titrəmələrinin səbəbi bilindi: hamı yoluxa bilər  – SƏBƏBLƏRİ, MÜALİCƏSİ
Angela Merkelin titrəmələrinin səbəbi bilindi: hamı yoluxa bilər  – SƏBƏBLƏRİ, MÜALİCƏSİ
Angela Merkelin titrəmələrinin səbəbi bilindi: hamı yoluxa bilər  – SƏBƏBLƏRİ, MÜALİCƏSİ