Arıqlamaq istəyən tənbəllər üçün 5 sadə Məsləhət

  • 2019.10.12 11:38
  • 8681 Baxış
Arıqlamaq istəyən tənbəllər üçün  5 sadə  Məsləhət
Adətən xanımlar idman etməmək üçün  yetərincə vaxtlarının olmadığından gileylənirlər. Amma bu düz fikir deyil. İdman etmək üçün 5 dəqiqəniz hər zaman tapılar. Arıqlamaq üçün idman zalına getməyiniz də məcbur deyil. 

 

Aşağıda sadalanan beş sadə üsul sizə arıqlamağa kömək edəcək:


5 dəqiqə səhər

Zəngli saatdan 5 dəqiqə qabaq oyanmısınız? Əlbəttə bu çox yaxşıdır. Siz indi yerinizdən qalxıb yürüyüş edəcəksiz?! Amma yox çox tənbəllik edirsiz. Eybi yox yəqin ki, özünüzü döşəmənin üstünə atmaq üçün tənbəllik etməzsiniz. İlk olaraq beli üstə uzanıb özünüzü dartının sonra körpü kimi dayanın. İnanın bu sizi bütün gün çevik və gümrah saxlayacaq.


5 dəqiqə işdə

İşiniz oturaq olsa da, heç olmasa 5 dəqiqədə hərəkət edin. İş yoldaşlarınıza lazım olan məlumatı telefonla zəng edib demək əvəzinə, otağına gedin. Yerinizdən qalxmamaq üçün o dəqiqə telefonun üstünə qaçmayın. İşdə nahar vaxtı ofisdən bir az kənarlaşmağa çalışın, gəzintilər ayaqlardakı tonusu saxlamaqla bərabər zehini açmağa kömək edəcək. Bunları etdikdən sonra siz gün ərzində və işdən sonra da özünüzü yorğun və halsız hiss etməyəcəksiniz.


Yenə 5 dəqiqə işdə

Hiss edirsiniz ki, ki artıq beliniz yorulur? Onda kiçik bir yastığı beliniz ilə kreslonun arasına qoyun. Bu belinizin yorğunluğunu azaldacaq və 8 saatlıq iş günundə belin eyni vəziyyətdə rahat qalmasına kömək edəcək. Həmçinin qamətinizi də yaxşılaşdıracaq.


5 dəqiqə televizor izləyərkən

Siz televizora divanda yox, nə qədər yorğun olsanız belə fitness topunun üstündə baxın. Belinizi topa söykədib yüngül hərəkətlər edin. Hansı verilişin getməsindən asılı olmayaraq bu hərəkətlər onu izləməyə mane olmayacaq. Hərçənd ki, belə hərəkətlərin effektləri televizor qarşısında az olur. Amma divanda tənbəl-tənbəl oturub heç nə etməməkdənsə bunları etmək daha yaxşıdır.


Növbəti 5 dəqiqə 

Heç olmasa səhər yaxud da axşam bədəninizin elastikliyi üçün  müxtəlif idman hərəkətlərini təkrarlayın. Yaxudda axşam 15 dəqiqə də olsa təmiz havada gəzintiyə çıxın.