Aromaterapiya ilə rahat bir gecə üçün RESEPTLƏR - 1 damcısında belə şəfa var

  • 2019.01.28 17:53
  • 12015 Baxış
Aromaterapiya ilə rahat bir gecə üçün RESEPTLƏR -  1 damcısında belə şəfa var

Aromalampalar bir çox xəstəliklərin proflaktikasında və müalicəsində çox yaxşı təsir göstərir. Onların ev şəraitində hazırlanması üçün isə bir sıra efir yağlarına ehtiyac var. 


Hansı efir yağının orqanizmə necə təsir göstərdiyini müəyyən etməklə bir çox xəstəliklərdən, narahatlıqlardan uzaq qalmaq mümkündür.


Medicina.az hansı efir yağlarının hansı xəstəliklər zamanı tətbiq edilə biləcəyini təqdim edir: 


İstirahət üçün:  


Resept 1: 2 damcı adaçayı yağı, 5 damcı portağal (lavanda, nanə, rozmarin, reyhan, ətirşah yağı da ola bilər).


Resept 2: 3 damcı çobanyastığı yağı, 2 damcı lavanda yağı, 2 damcı limon yağı. 

 

aromatherapy ile ilgili görsel sonucu


Yuxusuzluq əleyhinə:  


Resept 1: 6 damcı lavanda yağı. 


Resept 2: 4 damcı çobanyastığı yağı, 4 damcı lavanda yağı. 


Sakitləşdirici:  


Resept 1: 2 damcı qızılgül yağı, 2 damcı sandal bitkisinin yağı, 1 damcı lavanda yağı. 


Resept 2: 2 damcı berqamont yağı, 2 damcı limon yağı. 

 

Ä°lgili resim


Soyuqdəymə zamanı:  


Resept 1: 4 damcı berqamot yağı, 2 damcı sandal ağacının yağı.  


Resept 2: quru öskürək zamanı: 4 damcı portağal yağı, 2 damcı lavanda yağı, 2 damçı çay ağacı yağı.  


Resept 3: quru öskürək zamanı: 4 damcı evkalipt yağı, 2 damcı lavanda yağı, 1 damcı şam ağacının efiri.  


Resept 4: bəlğəmli öskürək zamanı: 3 damcı limon yağı, 3 damcı mixək yağı, 2 damcı lavanda yağı. 


Necə tətbiq etməli?


Bu yağları qarışdıraraq gecə lampasının üzərinə damızdırmaq sizin rahat bir gecə keçirmənizə kömək edəcək. 


Arzu

Medicina.az