Autizm neqativ enerjinin anaya təsirindən yaranır, autizmli uşağı müalicə etmək mümkündür – Azərbaycanlı psixoloqdan şok iddia

  • 2018.10.03 19:48
  • 21268 Baxış
Autizm neqativ enerjinin anaya təsirindən yaranır, autizmli uşağı müalicə etmək mümkündür –  Azərbaycanlı psixoloqdan şok iddia
" Autizm neqativ enerjinin anaya təsirindən yaranaraq, beyində sabitliyi pozur, nəticədə ananın beyin damarları daralmağa və qurumağa başlayır. Proses bətndəki uşağın da beunində eyni qaydada getməyə başlayır. Uşaq doğulduqdan sonra bu əlamətlər anada yoxa çıxsa da, uşaqlarda davam etməyə başlayır.

 

Beləcə, yeni doğulan körpənin beyin damarlarının quruması nəticəsində əqli inkişafdan geri qalmasına müasir tibbdə autzim deyirlər” – bunu  psixoloq, psixoterapevt, elmi-lədun adlı müalicə metodunun bilicisi Paşa Yaqub deyir.

 

O, Medicina.az-a çox autzimli uşaqların müalicəsinin  sirrinin onda olmasını açıqlayıb. Psixoloq iddia edir ki, çox insanlara hətta onun yanına övladını gətirməsi belə qismət olmur. Çünki autzimli uşağın valideyni hansısa neqativ təsirdən düzgün yolu da tapa bilmir və ya övladının sağalacağına inanmır, başqa yollara üz tutur. 


Müasir psixologiya və tibb neqativ enerjini qəbul etmədiyindən onların tətbiq etdiyi müalicə effektsizdir və yalnız uşaqların özünə yönəlir. Ona görə indiyə kimi hər hansı müalicə metodu nəticə əldə etməmişdir.


Autizmli uşaqların əsas səbəbkarı olan valideynləri bir kənara qoyub, yalnız uşağın özünü və simptomları üzərində işləmək naşı elektrik ustasının hansısa elekrostansiyada qırılan naqilin yerinə lampa patronunu düzəltməklə uğraşmasına bənzəyir. Yəni enerji nəqli lampadan deyil, elektrik stansiyasından gəldiyi kimi, autizmin də kökü valideynlərdən gəlir. 


Biz insanın həm də enerji daşıyıcısı olmasını bilməliyik. Ruh insana yerləşdirilmiş və onu enerji ilə təmin edən batareya rolunu daşıyır. 

Elmi lədun metodu ilə təcrübələrim göstərir ki, autizm sindromunu 6-7 yaşdan sonra müraciət etdikdə 70%, lao körpə ikən müraciət etdikdə 90-100% aradan qaldırmaq mümkündür. 


Autizmdən əziyyət çəkən uşaqlarla işlədikdə belə qənaətə gəldim ki, doğulacaq körpənin autizmli olub-olmayacağını hələ hamiləliyin müəyyən dövründən təyin etmək mümkündür. Autizmli uşaqların anaları etiraf edir ki, hamiləlik və ondan əvvəlki dövrdə onlarda yuxudan diksinib oyanmalar, baş, boyun, çiyin ağrıları, ürək döyüntüləri, qorxu, yuxuda boğulma, qarabasma, qorxulu yuxular, qərarsızlıq, səbəbsiz ağlama, diksinmə, qorxular olub. 


Bütün bunlar isə neqativ təsirin çoxluğundandır. Bu əlamətlər bətndəki körpənin birbaşa beyin sisteminə təsir edir ki, nəticədə əqli gerilik, həmçinin autizm yaranır.


Autizmin müalicəsi yalnız Elmi Lədun ilə mümkündür, bunu isə Azərbaycanda hələ ki, mən tətbiq edirəm.

 


Autizm neqativ enerjinin anaya təsirindən yaranır, autizmli uşağı müalicə etmək mümkündür –  Azərbaycanlı psixoloqdan şok iddia