Balıq yeməyin insan orqanizminə Faydaları

  • 2019.11.05 15:28
  • 10929 Baxış
Balıq yeməyin insan orqanizminə  Faydaları
Dəniz
məhsulları əsas amin turşularının hamısını təqdim edən mükəmməl bir protein
qaynağıdır.Dəniz məhsullarında olan protein asan həzm olunur,bunun üçün də hər
yaşda olan üçün mükəmməl bir qidadır.

 


Medicina.az xəbər verir ki,  Harvard
Universiteti mütəxəssislərinin balığın sağlamlığa təsirləri haqqında
apardıqları tədqiqatlar balığın insan bədəninə faydalarını ortaya çıxardı. Son
20 ildə bu mövzuda aparılan tədqiqatları bir nəticəyə gətirən
mütəxəssislər balığın faydaları ilə yanaşı zərərinin də çox az olduğu qənaətinə
gəliblər. Araşdırmalar balıq yeməyinin ürək xəstəliklərində ölüm riskini 36%
azaltdığını ortaya qoyur. Yağlı balığın tərkibində daha çox omeqa 3 olması
səbəbi ilə daha faydalı olduğu tədqiqatlardan çıxan bir başqa nəticədir.
Mütəxəssislər sağlam bir həyat üçün həftədə 2 dəfə balıq yeyilməsini məsləhət
görür.


 



Dəniz
məhsulları çox yaxşı B vitamini qaynağıdır.Sağlam inkişaf və böyümə üçün lazım olan kalsium, magnezium, potansium,fosfor,kükürd, florin, selenium,yod kimi əsas
maddələr onun tərkibində var. Bir
çox dəniz məhsullarındakı xolesterin səviyyəsi yüksək deyildir.Balıqdakı
xolesterin miqdarı ümumilikdə aşağı olsa da qabıqlı dəniz heyvanlarında bu
miqdar yüksələ bilər.Lakin xolesterin səviyyəsi yüksək olan qidalarda belə bu
miqdar yumurtadakından aşağıdı.


 



Dəniz
məhsullarında çox az miqdarda yağ olur Bu
məhsullarda doymuş yağ miqdarı digərləri ilə müqayisədə çox azdır. Yeməklərinizdə
qırmızı ət yerinə balığa yer verməklə ümumi yağ və doymuş yağ qəbulunuzu xeyli
azalda bilərsiz. 


 


 


 


Balığın insan bədəninə faydaları


 


 


-Balıq
zülal, D vitamini və mikroelementlər baxımdan mükəmməl qida qaynağıdır.


 


 


-Tərkibindəki
fosfor, kükürd, vanadium kimi minerallar sayəsində böyüməyi və toxumaların
yaxşılaşmasını təmin edir.


 


 


-Sağlam
diş və diş ətinə faydalıdır.


 


 


-Dəri
rəngini gözəlləşdirir.


 


 


-Saçların
daha dayanıqlı olmasını təmin edir.


 


 


-Bakterial
infeksiyalarda müqaviməti artırır.


 


 


-Qandakı
xolesterolu nizamlayaraq ürək tutmalarının qarşısının alınmasında böyük
əhəmiyyətə malikdir.


 


 


-Oynaq
sağlamlığına faydalıdır.


 


 


-Şəkər
xəstəliyinin müalicəsində istifadə edilir.


 


 


-Depressiya
və şizofreniya əlamətlərini yüngülləşdirir.


 


 


-Yanıq
müalicəsində faydası var.


 


 


-Miqren
xəstələrində faydası təsdiqlənmişdir.


 


 


-Qlaukoma
(göz içində təzyiqin artması səbəbilə meydana gələn korluq) müalicəsində
faydası var.


Balıq yeməyin insan orqanizminə  Faydaları
Balıq yeməyin insan orqanizminə  Faydaları
Balıq yeməyin insan orqanizminə  Faydaları
Balıq yeməyin insan orqanizminə  Faydaları