Beynin qatili olan 7 ərzaq – Düşmənini tanı

  • 07 May, 2019
  • 15023 Baxış
Beynin qatili olan 7 ərzaq – Düşmənini tanı
Orqanizmin şahı, başı, bütün prosesləri tənzimləyən orqanı beyin də qidalanmadan asılıdır. Elə qidalar var ki, ona mənfi təsir edir, tormozlayır. Pis qidalanma beyni tez qocaldır, yaddaşı, əqli qabiliyyəti zəiflədir, beyin hüceyrələrini məhv edir.

Nəticədə qocalanda beynimiz də bizi əldə salır.

Medicina.az beynin düşməni olan qidaları, ərzaqları təqdim edir. Əminik ki, onların çoxu gündəlik süfrənizdə var.

1.Yağda qızardılmış yeməklər

Bura qıpqırmızı toyuqdan tutmuş kartofa kimi aiddir. Bu yeməklər beyin damarlarını tıxayır, beynin koqnitiv funksiyasını aşağı salır, gələcəkdə Alsgeymer xəstəliyinə səbəb olur. Alimlər bildirir ki, hər gün qızarmış yemək yeyən insanlarda yaddaş və oxumaq, bilik qabiliyyəti az olur. 

Nə etməli? Ət, toyuq, tərəvəzləri alternativ yollarla bişirin: sobada, manqalda, buxarda və s. 

2.Ağ düyü

Xüsusən yağlı plov yüksək qlikemik indeksə malik ərzaqdır. Alimlər elmi təcrübələri ilə sübut edib ki, bu qidaları qəbul edənlərdə psixi narahatlıq, depressiya çox yaşanır. 

Ağ düyü yaddaş və intellekti azaldır. 

100 qr iri düyünün qlikemik indeksi 70-dir, qlikemik təsir yükü isə 55-dir. Amma digər qəhvəyi və yanabı qara düyünün isə bu göstəriciləri dəfələrlə azdır. 
Əgər ürəyinizdən düyü keçirsə, sənaye baxımından emal olunu ağ hala gətirilımiş düyü yox, təbii, qəhvəyi, qara düyü yeyin.

3.Qazlı şirin içkilər

İnsanlığın özünə düşmənçiliyi elə qazlı içkilərin icadı ilə başladı. 

Bu içkilərin tərkibində olan bir çox maddələr, aspartam uşaqlar və diabetli xəstələr üçün yolverilməzdir. Bu maddə beyinə pis təsir edir, başağrıları, yuxusuzluq verir, hər gün 50 ml qazlı şirin içkilər içənlərdə isə beynin koqnitiv funksiyaları və yaddaş zəifləyir. 

4.Çox yağlı ət

Son elmi tədqiqatlar göstərir ki, yağlı ət piylənmə, diabet, ürək-damar problemləri ilə yanaşı, beyinə də fəsad verir. Doymuş yağlar qəbul edən insanlarda yaddaş pozulur, göz, nitq kontaktı zəifləyir, yaşlandıqda Alsgeymer ehtimalı artır. 

Yalnız yağlı balıqları yeməkdə məhdudiyyət yoxdur. Əksinə yağlı balıq beyni qidalandırır. 

5.Hazır qənnadı məhsulları

Büyün peçenye, vafli, tortlar, pryaniklər- dadlı, şirin, yağlı, kremli nə varsa, beyin üçün zərərlidir. Onların tərkibində olan transyağlar, qarğıdalı siropu, şəkər əqli zəiflədir, beyni söndürür, yaddaşı pozur. Bu qidaların tərkibində hətta təbii süd və yağ belə yoxdur. Aromatizatorlar, rənglər, şəkər insanı depressiyaya salır. 

6.Tərkibində yüksək miqdarda şəkər olan hər şey

Hazırda ərzaqlara həm açıq, həm də gizli, göstərilməyən miqdarda əlavə olunan şəkər insanları həmin ərzaqlardan asılı hala salır, bədəni şəkərə öyrəşdirir, getdikcə beyni məhv edir. Çox şirniyyat yeyən uşaqların əqli inkişafında gerilik olur. Xüsusən ponçiklər, dondurmalar beyin üçün zərərlidir. Amma təbii ki, bunları arada, ayda –ildə 1-2 dəfə yemək olar.

7.Çipsilər, sixariklər

Tərkibində yüksək miqdarda transyağ olduğu üçün beyni öldürür. Belə qidalar yeyən insanlar hələ 50 yaşına çatmadan 80 yaşındakı kimi huşsuz, diqqətsiz olur. 
 

Beyninizin daha uzun ömür sürməsi, aktiv olması, yaşlaşanda sizi yarı yolda qoymaması üçün bu qidalardan uzaq durub, beynin sevdiyi ərzaqları yeyin. Bunlar isə sağlam, təbii, əlavə qatqısız meyvə, tərəvəz, toxumlar, bitkilər, göyərtilər, paxlalılar və s-dir.