Böyrək daşlarından bu yolla xilas olun - RESEPT

  • 2019.07.11 09:16
  • 11431 Baxış
Böyrək daşlarından bu yolla xilas olun  - RESEPT
   Böyrək daşı xəstəliyi ən yayılmış böyrək xəstəliklərindən biridir. Daşlar kiçik olduqda onların təbii yolla böyrəklərdən çıxması mümkündür. Lakin daha böyük daşlarda bu mümkün deyil. Daşlar sidik yoluna düşə və burada "ilişə" bilər ki, bu da çox ağrılı tutmaya səbəb olur.
Xalq təbabətində böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını almaq üçün çoxlu sayda reseptlər var.

 

 
Medicina.az-ya istinadla sizə bu reseptləri təqdim edir: 1. Təbii limonad Limon şirəsi sidiyin turşuluğunu azaldır və bununla da böyrəklərdə oksalat daşların əmələ gəlməsinin qarşısını alır. Resept: - 50 ml təbii limon şirəsi - 1 l təmiz su - zövqə görə bal İnqrediyentlər qarışdırılır və gün ərzində içilir. 2. Limon şirəsi + zeytun yağı Resept: - 2 x.q. limon şirəsi - 1 x.q. keyfiyyətli zeytun yağı - 250 qr su Limon şirəsi zeytun yağı ilə qarışdırılır və qəbul edilir. Sonra 1 stəkan təmiz su içmək lazımdır. Bunu 10 gün ərzində edin. 3. Alma sirkəsi Alma sirkəsinin tərkibində olan turşular daşların əmələ gəlməsi riskini azaldır və artıq mövcud olan daşların parçalanmasına kömək edir. Resept: - 1 x.q. təbii alma sirkəsi - 1 stəkan su - zövqə görə bal Sirkəni və balı suya əlavə edin, qarışdırın. Hər gün 1 stəkan olmaqla için. Bunu uzun müddət ərzində edə bilərsiniz.