Bu çay onlarla xəstəliyin dərmanıdır - SİYAHI

  • 2019.04.16 12:56
  • 23469 Baxış
Bu çay onlarla xəstəliyin dərmanıdır -  SİYAHI
Yaşıl  çaydan istifadə sağlam qidalanmaq istəyənlər üçün vacib şərtdir. 


Medicina.az xəbər verir ki, yaşıl çay insan orqanizminə müsbıt təsirlərinə və müəyyən xüsusiyyətlərinə görə qara çaydan fərqlənir. Bu içkinin faydalarından biri də arıqlamağa kömək etməyidir. 


Yaşıl çay orqanizmə düşən kimi metabolizm prosesini tezləşdirir, daha doğrusu, maddələr mübadiləsini tənzimləyir. 

Şəkərli diabet və ya daxili ifrazat vəzilərinin xəstəliyindən əziyyət çəkən insanlar üçün gündəlik yaşıl çay içilməsi məsləhət görülür. 

Yaşıl çay, diabet riskini 42 faiz azaldır. Ürək xəsətliklərinə qarşı ən yaxşı içkidir. 


Bu çay bəzi xərçəng növlərinə qarşı da qoruyucu sədd funksiyasını daşıyır. Yaşıl çay beyin hüceyrələrini də qoruyur.


Ayna