Bu qida kişilərdə sonsuzluğa səbəb olur

  • 2017.10.13 11:26
  • 12765 Baxış
Bu qida kişilərdə sonsuzluğa səbəb olur
Paxlalı bitkilərə aid olan soya kişilər üçün zərərli məhsuldur.


Medicina.az xəbər verir ki, potensiyanın azalması, sonsuzluq kimi mənfi halların riskini artırır. Amerika alimləri araşdırmalar zamanı bu qənaətə gəliblər.

 

Soyanın tərkibində olan bəzi maddələr orqanizmə olan təsirə görə qadın cinsi hormonlarını - estrogenləri xatırladır. Bu maddələri fitoestrogenlər adlandırırlar. Qadın sağlamlığı və döl yaratma sisteminə bu maddələr müsbət təsir etsə də, kişilərin sağlamlığına əksinə, mənfi təsir edir.

 

Zülallarla zəngin olan ucuz soya dünyada çox yayılmış məhsuldur və bir çox hazır qidaların (kolbasa, sosis və s.), yarımfabrikatların (dükanlarda satılan müxtəlif blinçiklər, suplar, pizzalar və s.), sousların, mayonezlərin və digər qidaların tərkibinə daxil edilir.

 

Alimlər kişilərə qidalanmada soyanın istehlakını minimuma azaltmağı tövsiyə edirlər.