Bu xəstəlik ölümə səbəb ola bilər..- HƏKİMƏ MÜRACİƏT EDİN

  • 2019.09.26 11:33
  • 9475 Baxış
Bu xəstəlik ölümə səbəb ola bilər..-  HƏKİMƏ MÜRACİƏT EDİN
Bir sıra xəstəliklər toxumalarda mayenin artıq yığılmasına – ödəmlərə səbəb olur. Yığılmış mayenin həcmi 5 litrdən çox olduqda ödəm insanın zahiri görkəmində özünü hiss etdirir. Bununla uğurla mübarizə aparmaqdan ötrü onun peydaolma səbəbini aydınlaşdırmaq lazımdır. 


  Medicina.az sizə Ödəm və onun fəsadlarından məlumat verir.

Ayaqlar çox işləyirsə Bütün günü ayaq üstə işləməyə məcbur qalanların ayaqları günün sonuna yaxın azacıq şişir – bu, adi fizioloji hala görə narahat olmağa dəyməz. Biz ayaq üstə çox dayananda ayaq kapillyarlarındakı təzyiq artır, buna görə də sağlam adamların ayaqlarının yüngülcə şişməsi adi haldır. Divana əyləşib ayqlarınızı bir qədər yuxarı qalıdırıb, dincəlin – keçib gedəcək.

 


Yalnız qadınlara aid: kritik günlər Aybaşıöncəsi sindrom çox zaman baldırların ağırlaşması, göz qapaqlarının şişməsi və sifətin ağırlaşıb kimi sallanması ilə müşayiət olunur. Hətta damaqlar və oynaqlar da şişə bilər. Ödemlər yuxuculluq, pis ovqat, qanqaralıq, baş ağrısı, iştahanın artması ilə müşayiət olunur. «Kritik günlər» bitən kimi bu hallar da keçib gedir.

 


Damarların sağlamlığı Belə ödemlər, bir qayda olaraq, asimmetrik olur. Şişmiş və normal hissələr arasında sərhəd dəqiq görünür. Çox güman, problem venalarla bağlıdır: tromboflebit, varikoz. Ayaq damarlarını mütləq yoxlamaq lazımdır. Bu, limfa damarlarının iltihabı, ya da anadangəlmə qüsur ola bilər.


Bəlkə də allergiya Cücü sancmasından, nabələd olduğunuz bir yeməyi dadandan, ya da bir çiçəyi qoxulayandan sonra, həmçinin dərman qəbula reaksiya kimi kəskin şişkinlik, qızartı, ağrı hiss edirsiniz? Kvinke ödemi qaşınma, temperaturun yüksəlməsi ilə müşayiət olunur, adətən bir müddət sonra özbaşına keçir. Sifətdəki, ağzın və əsnəyin selikli qişasındakı ödemlər təhlükəlidir – boğulma tutması baş verə bilər. Təcili antihistaminlər və digər antiallergen müalicə lazımdır.


Ürəyiniz sağlamdırmı? Əvvəlcə ayaqlarda, özü də kifayət qədər qalın ödem – yavaş-yavaş, nəzərə çarpmadan yaranır, çox zaman qaraciyərin də böyüməsi ilə müşayiət olunur, əsasən axşama yaxın özünü göstərir. Bu əlamətlər – ürək çatışmazlığına işarədir. Ayaqlarda, bel nahiyəsində şişkinlik, qaraciyərin böyüməsi – bütün bunlar böyük qan dövranındakı durğunluğun əlamətləridir.


Böyrəklər necə işləyir? Ödəm sürətlə artır, çox zaman isə səhərlər özünü göstərir. Bütün bədənin şişkinliyi sifətdən və göz qapaqlarından başlayır. Sidikdaşı xəstəliyinin, pielonefritlərin, həmçinin böyrəklərin diabetik zədələrinin kəskinləşməsi böyrək ödəmləri olmadan keçmir.


Hormonlarda nə var, nə yox? Biləklərdə və pəncələrdə şişkinlik, ödəmin üstündəki dəri kobud, qalın olub, ürək ödəmlərindən fərqlidir. Ümumi ovqat xoşagələn olmur – yuxuculluq, əzginlik, bədən hərarətinin aşağı düşməsi, ürək ritminin zəifləməsi, cinsiyyət sferasında pozuntular müşahidə olunur. Ola bilsin ki, bu miksedema – yəni qalxanvari vəzi funksiyasının qabarıq pozuntuları zamanı – hipotireoz zamanı bu vəziyyət baş verir.


Bilmək faydalıdır • Ürəyi xəstə olanlarda ödem əvvəlcə ayaqlarda və bel nahiyəsində əmələ gəlir. • Böyrəklərlə bağlı problem yarandıqda hər şeydən əvvəl, göz qapaqları, sifət və əllər şişir. • Xəstəliyin əvvəlində ödemlər nəzərə çarpmır: onları qıçların daxili səthində axtarmaq lazımdır.


Lazım gələn müayinələr • Qanın ümumi və biokimyəvi analizləri. Bu analizlər zülalın miqdarını, qlükozanın səviyyəsini göstərirlər. • Sidiyin analizi – zülalı, şəkəri, eritrositləri, leykositləri göstərir. • Ürək çatışmazlığının mövcudluğunu öyrənməkdən ötrü elektrokardioqram çəkilişi. • Angiodianostika (tromb və iltihabların mövcudluğunu öyrənməkdən ötrü venoz damarlarının analizi).
Bu xəstəlik ölümə səbəb ola bilər..-  HƏKİMƏ MÜRACİƏT EDİN
Bu xəstəlik ölümə səbəb ola bilər..-  HƏKİMƏ MÜRACİƏT EDİN