C vitamini qripdən qorumur - YENİ İDDİA

  • 2017.11.02 11:16
  • 15104 Baxış
C vitamini qripdən qorumur -  YENİ İDDİA
Soyuq fəsillərdə qrip və soyuqdəymə xəstəliklərinin riski dəfələrlə artır.


Alimlər araşdırmalar zamanı sübut ediblər ki, bu xəstəliklərin riskini azaltmağa D vitamini kömək edir. Orqanizmində D vitamini çatışmazlığı olan insanlar soyuq fəsillərdə daha tez-tez xəstələnir.


Medikforum-un məlumatına görə, Böyük Britaniya alimləri araşdırma nəticəsində belə qərara gəliblər ki, D vitaminin müntəzəm istehlakı infeksiyaların riskini 2 dəfə azaldır.


D vitaminin təbii mənbələri arasında balıq yağı, yağlı balıq növləri, yumurta, süd və məhsullarıdır.