Cinsi istəyi artıran qidalar

  • 2019.09.27 13:55
  • 11812 Baxış
Cinsi istəyi artıran qidalar
Cinsi istəksizlik, iqtidarsızlıq, frigidlik, zəiflikdən şikayətlənən gənc və orta yaşlı kişi və qadınlar üçün dərmansız bu sahədə yaxşı nəticə almağın yolları var.

Hər şeyin əvvəli və sonu qidalanma ilə bağlı olduğu üçün, bu problemlər də pis, zəif qidalanmadan qaynaqlanır

Menyunuzda hər gün bunlardan 6-7-si olsun, 1 ay sonra nəticəyə baxın.

 

  Medicina.az sizə cinsi istəyi artıran qidaları təqdim edir.


Aloe Aloenin şirəli, lətli yarpaqlarından ətçəkəndə çəkib, üzərinə bir qədər bal əlavə edib, gündə 2 dəfə bir şay qaşığı qəbul edin. Aptekdə də aloenin maye ekstraktı satılır. Onu da qəbul edə bilərsiniz. Kurs 4 həftədir


Ənginar Azərbaycanda bu tərəvəzi yemirlər, amma türklər hər gün dolmasını bişirir. Fransızlar onu "genital orqanları qızışdıran" adlandırır.

Siz də ənginarı əldə edin. Çox faydalıdır.


Banan Ehtiraslandırıcı meyvədir. Qozla birlikdə səhər və axşam yeyilə bilər


Reyhan Həm ağ, həm tünd reyhan cinsi qabiliyyəti artırır. Ona görə italyanlar bu bitkini hər yeməkdə istifadə edir

Vanil Sinir sisteminə sakitləşdirici təsir göstərir, qoxusu seksual istək oyadır. Tez-tez vanil iyləyin


Kürü Sevgi, ehtiras çörəyi adlandırılır. Tərkibində olan mikroelementlər cinsi funksiyaları aktivləşdirir


Zəncəfil kökü Çin, Yaponiya və Hindistanda cinsi iqtidarsızlıq halında qədimdən kişilərə dərman kimi verilib. Çox güclü afridiziakdır


Küncüt toxumu Bala qatılıb yeyildikdə, oyadıcı təsir göstərir


Soğan Qirmızı və hövsan soğanını bol edin. Stimulə edir, ehtiraslandırır, gücləndirir


Manqo İlahi nemətdir. Qadınlara da təsir edir


Bal Tanrıların qidasıdır. Cinsi orqanlara enerji verir, isidir, qoz, meyvə ilə birlikdə yedikdə güclü təsir edir