Cinsi yaxınlıqdan daha çox həzz... - Genital estetik əməliyyat haqqında bilmədikləriniz

  • 06 Avqust, 2019
  • 19247 Baxış
Cinsi yaxınlıqdan daha çox həzz... - Genital estetik əməliyyat haqqında bilmədikləriniz


Genital orqanlardaki estetik və funksional pozuntular başqaları ilə asandlıqla bölüşülməyən, eyni zamanda qadının psixologiyasının pozulmasına gətirib çıxaran bir problemdir. Genital estetika genital bölgədə olan anadangəlmə və ya qazanılma deformasiyaların düzəldilməsi məqsədi ilə icra olunan müdaxilələrdir. Genital bölgədəki forma pozulmaları qadının cinsi həyatına və gündəlik yaşamına mənfi təsirini göstərərək zamanla onun cinsi soyuqluğunu artırır.
 
Medicina.az mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.

Bəzi qadınlarda xarici cinsiyyət üzvləri anadangəlmə zəif inkişaf etmiş və ya asimmetrik ola bilər. Özünü tanımağa başlayan gənc qızda bu anomaliyalar ciddi psixoloji problemlərə səbəb ola bilir.

Genital estetik müdaxilələrə — bu bölgədəki artıq yağların alınması və ya əksinə həcm azlığı olan nahiyələrə yağların vurulması, sallanmaların götürülməsi, iç dodaqların kiçildilməsi, bu nahiyənin rənginin açılması, vaginanın daraldılması kimi əməliyyatlar daxildir.

Bu əməliyyatlar 18 yaşını tamamlamış xarici genital görünüşündən məmnun olmayan hər qadında icra oluna bilər. Əməliyyat həm yerli, həm də ümumi anesteziya altında həyata keçirilir. Ortalama 1-2 saat davam edir. Pasient eyni gün evə gedə bilər. İki gün duş qəbul etmək olmaz. Bir neçə gün oturub qalxarkən ehtiyatlı olmaq lazımdır. 6 həftə idman etmək olmaz. 3 həftə cinsi həyat qadağandır.

Genital bölgənin estetik görüntüsünün yaxşılaşması qadının öz güvənini artıraraq, onun cinsi həyatında əhəmiyyətli rol oynayır.

Genital estetik əməliyyatlar sağlamlıq və gözəlliyinə düşkün qadınların ən sıx seçdiyi üsullardan biridir. Vaginal genişləmə, uşaqlıq boynunun sallanması kimi  problemlərdə qadınların köməyinə çatır. Əməliyyat sonrası cinsi həyatın və ailə həyatının nizama girir, xəstə özünü daha rahat hiss edir.

Labioplastika - cinsiyyətin daxili dodağının estetikası

Son illərdə digər plastik əməliyyatlar ilə yanaşı cinsi orqanlarda icra olunan plastik əməliyyatlar geniş tətbiq olunur. Amerika və Avropa ölkələrində məşhur olan əməliyyatlar bizim ölkədədə tətbiq olunur. Genital plastik əməliyyatlar içində ən çox icra olunan labioplastika (cinsiyyətin kiçik dodağının plastikası) və vaginaplastikadır (uşaqlıq yolunun daraldılması).

Labioplastika - normaldan böyük, geniş, qırışıq və sallanmış vəziyyətdə olan cinsiyyətin kiçik dodaqlarına estetik olaraq forma verilməsi və kiçildilməsidir.

Bəzi xəstələrdə isə yalnız istəyə bağlı olaraq labioplastika əməliyyatı icra olunur. Bu əməliyyat kosmetika ilə yanaşı xəstələrin bəzi tibbi problemlərinin həlli üçün də icra olunur.

Nə üçün bəzi qadınlarda daxili dodaq normaldan böyük olur?

Daxili dodağın normaldan böyük və geniş olması əksər qadında anadangəlmə olur. Bu vəziyyət qadinin cinsi inkişaf dövründə hormonların təsiri ilə daha da ciddi vəziyyət alır. Bu vəziyyət xəstəlik deyil, sadəcə insanlar arasında fərqdir. Digər tərəfdən isə bəzi qadınlarda bu problem davamlı olan göbələk infeksiyasından, qaşıntı və sürtünmədən sonra yaranır.

Qadında androgenlərin normadan çox olması da daxili dodağın hipertrofiyasına (anormal böyüməsinə) səbəb olur.

Həmçinin doğuşlardan sonra daxili dodaqda böyümə və genişlənmə qeyd oluna bilər. İnsan yaşlandıqca digər dəri nahiyələrində olduğu kimi daxili dodaqda da yuxariıda göstərilən problemlər artır. Bəzi xəstələrdə isə problem cinsi travmadan sonra yaranır.

Daxili dodaqların normaldan böyük olmasının problemləri nədir?

- Daxili dodağın normadan geniş və iri olması qadında özünəinam hissini azaldır və psixi cəhətdən qarşı cinsin yanında problemli hiss etməsinə səbəb olur.

- Bəzi xəstə qadınlar isə hətta evlənməkdən belə çəkinir.

- Xəstələr dar və şalvar kimi paltarlar geyinə bilmirlər, bu, onları narahat edir.

- Belə qadınlar digərlərinə nisbətən daha çox cinsi yolların infeksiyasına tutulurlar.

- Cinsi yaxınlıq zamanı bu qadınlarda ağrı və narahatlıq olur.

- Çox nadir də olsa da, qadınlarda bəzən cinsi dodaqlar çox böyüyürək sidik kanalının ağzını tutur və xəstənin sidik aktının pozulmasına səbəb olur.
 
Ayna Məmmədova
Medicina.az