D vitamini az olanlar geyimini dəyişməlidir – Gün işığını çox almaq üçün

  • 2019.11.06 18:33
  • 5452 Baxış
D vitamini az olanlar geyimini dəyişməlidir –  Gün işığını çox almaq üçün
Azərbaycanda günəşli havalar çox olsa da, insanları D vitamin əskikliyindən əziyyət çəkir.

Soyuq  aylarda gün istiliyi, işığı azlığı bu defisiti daha da artırır.


D vitamini azlığı insana psixoloji, fiziki zərbə vurur, əsəbləri, yuxusu pozulur.


Medicina.az xəbər verir ki, gün işığı defisiti zamanı insanlar qara, tünd geyim yox, daha açıq rəng üst geyimləri istifadə etməlidir. 

Psixoloqlar evdə də sarı, çəhrayı, bej, ağ tonlardan istifadə etməyi, açıq rəng pərdələr taxmağı, küçəyə çıxdıqda əlvan rəngdə geyim və aksesurlar geyinməyi faydalı hesab edir. Hətta ayaqqabı və zontikiniz belə əlvan olmalıdır. 


Soyuq aylarda D vitamini almaq üçün qaraciyər, yağlı balıq, dəniz kələmi yeməlisiz. 


D vitamini az olanlar pessimistlikdən uzaq olmaq üçün idmana getməli, komediyaya baxmalı, axşam 10-dan yatmalıdır.