Diabet xəstələri və pəhriz saxlayanlar üçün PANKEK RESEPTİ

  • 2018.04.03 14:35
  • 27650 Baxış
Diabet xəstələri və pəhriz saxlayanlar üçün  PANKEK RESEPTİ
Diabet xəstələri qidalanmalarına xüsusi olaraq diqqət yetirməlidirlər. 

 

Medicina.az diabet xəstələri və pəhrizdə olanlar üçün şəkərsiz pankek reseptini təqdim edir:


Tərkibi:


2 yumurta

 

1 xörək qaşığı bal

 

1 çay qaşığı soda


1 stəkan süd


1 + 1/4 stəkan un


1 paket vanil və ya 1 xörək qaşığı vanil ekstraktı


1 xörək qaşığı darçın


Hazırlanması:


Bir qabda yumurta, süd və balı mikserlə qarışdırın. Un, soda, vanil və darçını əlavə bir qabda qarışdırıb yumurtalı qarışığa əlavə edin. Tavanı qızdırın, qarışıqdan 1 çömçə tökün və təxminən 2-3 dəqiqə ikitərəfli bişirin.