Dırnaq göbələyi təbii üsulla necə müalicə olunur?

  • 2019.11.09 14:40
  • 9539 Baxış
Dırnaq göbələyi təbii üsulla necə müalicə olunur?


Statistik məlumatlara görə,
əhalinin təxminən 20%-i dırnaq göbələyi-onikomikoz xəstəliyindən əziyyət çəkir.
Göbələk payız dövründə xüsusilə geniş yayılır və təhlükəli sayılır. Bu, hava
şəraitindən, yəni onikomikozların çoxalması üçün əlverişli şərt olan nəmlikdən,
həmçinin qapalı, isti ayaqqabılara keçiddən irəli gəlir.



Xəstəliyin
meydana gəlməsi ürək-damar xəstəlikləri, dizbakterioz, diabet problemi ilə
bağlı bəzi dərmanların uzun müddətli istifadəsi ilə də əlaqəli ola bilər.



Medicina.azxəbər veriri ki, burada əhəmiyyətli rolu isə avitaminoz, yəni vitamin
çatışmazlığı oynayır. Bəs dırnaq göbələyinin qarşısını almaq üçün nə etmək
lazımdır?



Təbii
ki, istənilən halda ilk növbədə həkimə müraciət olunmalıdır. Dərman müalicəsi
ilə yanaşı dırnaq göbələyinə qarşı təbii yolla effektli müalicə üsulları da
təklif olunur.



Ekineziya (echinacea)
yarpaqları ilə doldurulmuş tünd rəngli qaba araq əlavə etmək və 3 həftə ərzində
qaranlıq, isti yerdə saxlamaq lazımdır. Hər gün qabı silkələmək vacibdir.
Bu müddətdən sonra bu qarışığı süzüb alınan məhlulu, 15-25 gün ərzində gündə 20
damcı qəbul edin.



Əgər
göbələk artıq qaşınma, dəridə və dırnaq lövhəsində zədə yaradıbsa, onda
sarımsaqdan və 90 dərəcə spirtdən hazırlanmış xüsusi vasitəyə müraciət etmək
lazımdır. Su, sarımsaq suyu və tibbi spirti bərabər nisbətdə qarışdırmaq
və gündə 2 dəfə dırnaqlara və ya dəriyə vurmaqla müalicə etmək lazımdır.
Effekti görmək üçün uzun zaman gözləmək lazım olmayacaq və artıq 3-4 gündən
sonra xəstəlik keçəcək.


 

Dırnaq göbələyi təbii üsulla necə müalicə olunur?