Dizlərimiz niyə ağrıyır? - SƏBƏBLƏR

  • 2019.11.14 10:00
  • 5727 Baxış
Dizlərimiz niyə ağrıyır? -  SƏBƏBLƏR

Bir çox insanlar dizlərdə olan ağrılarla üzləşir. Bəzi
hallarda bu ağrılar çox təhlükəli xəstəliklərin ilk simptomu kimi meydana
çıxır. Bu səbəbdən əgər dizlərinizdə ağrılar tez-tez təkrarlanırsa, buna laqeyd
yanaşmayın və həkimə müraciət edin.


 


Medicina.az xəbər verir ki, dizlərdə olan ağrılarla (ağrıların
səbəbindən asılı olaraq) revmatoloq, travmatoloq və ortoped
məşğul olur.



Dizlərdə olan
ağrıların səbəbləri:


-Diz
oynağın artroz xəstəliyi (qonartroz)


-Menisklərin
zədələnməsi (meniskopatiya)


-Oynağın
iltihabı (artrit)


-Bud-çanaq oynağın artroz xəstəliyi (koksartroz)


-Diz
oynaqlarda qan dövranın pozulmaları


-Diz
vətərlərin iltihabı



-Diz oynağın artroz
xəstəliyi
dizdə olan ağrıların ən yayılmış səbəblərdən
biridir. Adətən artroz 40 yaşından yuxarı olan insanlarda inkişaf edir. Artroz
həm bir, həm də hər iki oynağı zədələyə bilir.



Xəstəlik
asta-asta bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir. Əvvəllər dizdə
olan ağrılar çox zəif ifadə olunur və yalnız insan uzun müddət ərzində
gəzdikdən sonra əmələ gəlir. Vaxt keçdikcə ağrılar güclənir, hətta çox az
müddət ərzində gəzdikdən sonra əmələ gəlir. Stuldan qalxmaq, pilləkənlə qalxmaq
və ya düşmək xəstə üçün xüsusilə çətin olur. Lakin dinc vəziyyətdə
dizlər, demək olar, ağrımır və xəstə gecə saatlarında ağrıdan oyanmır.



Xəstəliyin
növbəti mərhələsində ağrılarla yanaşı dizdə xırtıltı səsi əmələ gəlir və oynaq
deformasiya olunur (öz normal formasını dəyişir). Qonartrozun bütün əlamətləri
(ağrı, oynağın deformasiyası) illər keçdikcə daha da ağırlaşır, xəstə
çətinliklə gəzir, köməksiz stuldan dura bilmir və s.



-Menisklərin zədələnməsi
dizdə olan ağrıların yayılmış səbəblərdən biridir. Menisk oynağın içərisində
olan və amortizator rolunu oynayan qığırdaqdır. Meniskin zədələnməsi hər yaş
dövründə ola bilər. Əksər hallarda 1 oyaq zədələnir.



Meniskin
zədələnməsi travma nəticəsində olur. Qonartrozla müqayisədə meniskopatiya
çox tez inkişaf edir. Bir çox hallarda bunun sədəbi yerimə, hoppanma, qaçma zamanı
baş verən uğursuz hərəkətdir. Meniskopatiya idmançılarda daha tez-tez inkişaf
edir. Zədələnmə
zamanı insan dizdə xırtıltı səsi eşidir və kəskin ağrı hiss edir. Ağrı o
dərəcədə güclü olur ki, insan hətta addım ata bilmir. Bəzən 10-15 dəqiqədən
sonra ağrı azalır və xəstə hərəkət edə bilir. Lakin ertəsi gün və ya bir gündən
sonra oynaq şişə bilər. Bu zaman meniskin zədələnməsinin xarakterli əlaməti
meydana çıxır. Dizdə iynə sancması hissi yaranır, bəzi xəstələr şikayət edir
ki, onlarda belə hiss yaranır ki, "dizə mıx çalınıb" və ya "diz
sanki indi sınacaq".



Xəstəliyin
kəskin dövrü 2-3 həftə çəkir, daha sonra xəstənin vəziyyəti yüngülləşir. Düzgün
müalicə olunmadan xəstəlik illərlə davam edir - ağrılar gah yox olur, gah da
yenə əmələ gəlir. Kəskinləşmə adətən güclü fiziki gərginlikdən, uğursuz
hərəkətdən sonra inkişaf edir. Qonartrozla
müqayisədə meniskopatiya zamanı oynaq adətən deformasiya olunmur, Lakin bəzi
hallarda meniskin zədələnməsi artrozun inkişafına səbəb olur.



-Artrit də diz ağrıların səbəbi
ola bilər. Artrit hər yaş dövründə inkişaf edə bilər, lakin əksər hallarda
xəstəlik cavan yaşlarda başlayır. Artrit zamanı həm bir, həm də hər iki oynaq
iltihablaşa bilər. Artritin bir neçə növü var.



Artrit tez inkişaf edir (1-3 gün ərzində). Oynaq
ödemləşir və şişir. Artritin ən xarakterik simptomu gecə ağrılarıdır (təxminən
gecə saat 3-4 radələrində). Ağrılar o dərəcədə güclü olur ki, insan ağrıdan
yuxudan oyanır. Gecə saatlarında insan yatanda ağrı gündüz saatlarla müqayisədə
insan aktiv olanda, gəzəndə və s. hərəkətlər edəndə, daha güclü olur.
Vəziyyətin dəyişməsi, soyuq, isti ağrını azaltmır. Yalnız xüsusi
iltihabəleyhinə preparatların qəbulu ağrını azaldır.



Artroz və meniskopatiya zamanı isə, əksinə olaraq,
ağrılar insanı gecə saatlarında narahat etmir, əksinə gecə saatlarında ağrılar
azalır və ya heç olmur. Nadir hallarda bu xəstəliklər zamanı da ağrılar gecə
saatlarında əmələ gələ bilər (xəstə yuxuda çevirdikdə və ya xəstə ayaq narahat
vəziyyətdə olduqda). Lakin ayağın vəziyyətini dəyişildikdən sonra ağrılar tez
keçir.



Artritin, demək olar, bütün növləri bir yox, bir neçə
oynağın iltihabına səbəb olur (diz oynaqlardan əlavə ayaq və əl barmaqları
oynaqları, dirsək, baldır-pəncə oynaqları da zədələnir).



-Qan dövranın pozulmasıdadizlərdə ağrılara səbəb ola bilər. Adətən belə ağrılar insanda yeniyetmə
dövründə ilk dəfə əmələ gəlir. Məsələ burasındadır ki, bu zaman orqanizm
sürətlə inkişaf edir və bəzən sümüklərin böyüməsi damarların inkişafını çox
qabaqlayır. Nəticədə isə pozulma yaranır.


Belə ağrılar ilk dəfə əmələ gəldikdən sonra insanın
ömrünün sonuna kimi saxlanıla bilir. 18-20 yaşından sonra ağrılar azalır
(məsələn, artrozda isə, əksinə olaraq, illər keçdikcə ağrılar daha da artır).



Qan dövranın pozulması ilə bağlı olan diz ağrıları diz
oynağının hərəkətliliyini pozmur. Ağrılar hər iki dizdə hiss olunur. Belə ağrıların
yaranmasına havanın dəyişilməsi, soyuq, soyuqlama, fiziki gərginliklər səbəb
ola bilər. Əksər hallarda belə ağrılar xüsusi isidici məlhəmlərin sürtülməsi,
masaj (və ya özü-özünü masaj) və xüsusi damarları genişləndirən preparatların
qəbulundan sonra keçir. Belə hal heç bir xüsusi müalicəni tələb etmir.



-Diz vətərlərin iltihabı dizlərdə
ağrılara səbəb ola bilər. Bu xəstəlik adətən 40 yaşından yuxarı olan qadınlarda
daha tez-tez inkişaf edir. Ağrılar adətən qadın pilləkənlə düşdükdə, ağır
çantaları daşıdıqda əmələ gəlir. Düz səthdə gəzdikdə ağrılar çox nadir hallarda
olur.


Ağrı bütün dizi əhatə etmir, dizin içəri səthində hiss
olunur. Artrozdan, artritdə, meniskospatiyadan fərqli olaraq, bu zaman oynağın
hərəkətliliyi pozulmur, dizin forması dəyişilmir, diz şişmir, deformasiya
olunmur.



 


 


 


 

Dizlərimiz niyə ağrıyır? -  SƏBƏBLƏR
Dizlərimiz niyə ağrıyır? -  SƏBƏBLƏR
Dizlərimiz niyə ağrıyır? -  SƏBƏBLƏR
Dizlərimiz niyə ağrıyır? -  SƏBƏBLƏR