Doğru diş fırçasını necə seçə bilərik?

  • 2019.04.04 14:10
  • 7398 Baxış
Doğru diş fırçasını necə seçə bilərik?
 


Ümumdünya səhiyyə təşkilatı tərəfindən təsdiqlənmiş diş fırçası markaları dünyanın hər yerində asanlıqla istifadə edilir. Fərdi olaraq diş sağlamlığı üçün düzgün gigiyenik qaydalara əməl olunmalıdır. Bəs hərkəs diş fırçasını düzgün seçə bilirmi? 


Mövzu ilə bağlı Medicina.az məlumatı təqdim edir.


1. Fırçanın tellərinin sərtlik dərəcəsi


Gündəlik ağız baxımında diş ətlərinə zərər verməmək önəmlidir. orta dərəcədə sərtlikdə  fırça telləri ola məhsul qətiyyən istifadə edilməməlidir.ciddi diş əti problemi olanlar,o cümlədən ağız boşluqlarında hər hansı əməliyyat olmuş insanlar daha yumuşaq, incə telli fırçalardan istifadə etməlidir.


2. Fırçanın boyu


Diş fırçası ağız boşluğunuzun ölçüsünə uyğun olmalıdır. Belə ki, kiçik ağıza sahib olanlar böyük diş fırçasından istifadə etməməlidir. Bu zaman ağız boşluğu dar olacaq və fırçanın hərəkətində müxtəlif maneələr yaranacaq. Nəticədə isə ideal təmizlikdən söz gedə bilməz.


3. İnterfeys fırçaları


Əksəriyyət insanlar İnterfeys fırçaları haqqında məlumatlıdırlar. Onlar normal fırçaların çatmadığı bölgələri asanlıqla təmizləyir.


4. Elektron diş fırçaları


Müasir dövrdə müxtəlif fırçalar var. Hər qiymətdə, hər ölçüdə və müxtəlif qiymətlərdə. Əgər normal fırça ilə ağız gigiyenasına yetərində nail ola bilmirsinizsə elektron diş fırçalarından istifadə edə bilərsiniz.


5. Mütəxəsiss tövsiyəsi


Mütamadi olaraq diş müayinələrindən keçin,ən düzgün tövsüyəni həkiminizin öhdəsinə buraxın. Mütəxəsislər bildirir ki, hər altı aydan bir diş müayinəsi mütləq olunmalıdır. Bu yarana biləcək hər hansı problemlərin daha erkən təsbit edilməsi baxımından vacibdir.


Ayna

Medicina.az