EHTİYATLI OLUN! - Cənub küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər

  • 14 Avqust, 2019
  • 1522 Baxış
EHTİYATLI OLUN! - Cənub küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Medicina.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 15-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Avqustun 15-16- da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, cənub küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.