Çeliakiy – qlüten həsaslığının dəhşətli əlamətləri – Uşaqlarda bu səpkilərə diqqət!

  • 2019.04.30 22:26
  • 29890 Baxış
Çeliakiy – qlüten həsaslığının dəhşətli əlamətləri –  Uşaqlarda bu səpkilərə diqqət!
Çeliakiy və ya Çoluaki – autoimmun xəstəlik olub, xalq arasında Qlüten xəstəliyi kimi deyilir və müasir xəstəliklərdən biridir. 

Qlüten buğda və taxıl məhsullarının tərkibində olan yapışqanlı maddədir. 


Daha çox uşaqlarda diaqnoz olunan bu xəstəlik zamanı bağırsaqların iç divarı iltihablaşır, onun sovuruculuq və həzm qabiliyyəti azalır, burdan da başqa xəstəliklər qaynaqlanır. Uşaq və ya böyük insan qidasında qlüten olan ərzaqları istifadə etdikcə xəstəlik daha da ağırlaşır.


Medicina.az xəbər verir ki, XXI əsrdə taxıl məhsullarının geninin dəyişdirilməsi nəticəsində insanların immun sistemi bu taxılda olan qlütenə qarşı aqressivlik göstərir.


Artıq dünyaya gələn uşaq körpəlikdən çeliakidən əziyyət çəkə bilir.

Çeliakini çox zaman qida allergiyası ilə səhv salırlar. Qlüten özü də həm xaricdən, həm daxildən allergiya kimi təsir versə də, bu xəstəliklər tamam ayrıdır, müalicələri də fərqlidir.


Medicina.az anaların diqqətinə çeliakinin əlamətlərini çatdırır.


1.Bağırsaqlardan qaynaqlanan qarın ağrısı


Qlütenə həssas uşaq buğda, çörək, makaron yedikdən sonra qarnı çox köpür, ağrıyır, ishal olur və ya həzm prosesi pozulur. Uşaq səbəbsiz yerə narahatlıq hiss edir.


2.Başgicəllənmə


Nazik bağırsağın qidadan mikroelement və vitaminləri yaxşı mənimsəmədiyinə görə, xəstədə halsızlıq, başgicəllənmə, ümumi zəiflik olur.


3.Əhvalın olmaması, depressiya, əsəb


Qlüten həssaslığı bu insanları əsəbi, narahat, təşvişli edir. Hər xırda şeydən qıcıqlanır. Demək olar ki, onların üzü gülmür


4.Miqren tutmaları


Çeliaki xəstələrində bu ağrılar yeməkdən 40 dəqiqə sonra başlayır və 1-2 saat davam edir. Hətta bəziləri qaytarmayana kimi sakitləşmir. Onlar nevroloqlara gedir, başağrıdan müalicə alır, lakin səbəbin qlüten olduğunu heç kim maraqlanmır.



5.Dəridə qaşınma və səpkilər


Qlütenli qidadan sonra bağırsaqların əks reaksiyası kimi dərhal dəridə səpkilər, ağ kiçik civzələr çıxır, qaşınma başlayır. İmmunitet bağırsağa düşən qlütenə qarşı öz antitelini buraxaraq, dəridə quruluq, qızartı, qaşınma ilə bunu büruzə verir.

 



6.Xroniki yorğunluq


Əgər uşaq və ya gənc sutkada 7-8 saat yatmasına baxmayaraq, gün ərzində yorğun, əzgin olursa, o zaman qlüteb həssaslığı yoxlanmalıdır.

Xüsusən belə adamlar qlütenli qida, çörək qəbulundan sonra canlı ölüyə çevrilirlər. Çünki orqanizmin bütün gücü zərərli zülalın həllinə və orqanizmdən çıxarılmasına sərf olunur.


7.Laktoza problemi


Laktoza həssaslığı ilə qlütenin əlamətləri oxşardır və ikisi də bir insanda yanaşı ola bilər. Əgər bir insanda laktoza həssaslığı varsa, çox güman ki, qlüten problemi də olacaq.


Laktoza südün tərkibindəki maddəyə dözümsüzlükdür.


Yaxşı olar ki, bu əlamətləri olanlar həm laktoza, həm qlüten həssaslığına görə xüsusi analiz versinlər. Əgər təsdiqlənərsə, yeganə çıxış yolu qlüten tərkibli taxıl məhsulları və onlardan hazırlanan qidalardan imtina etməkdir.

 


Çeliakiy – qlüten həsaslığının dəhşətli əlamətləri –  Uşaqlarda bu səpkilərə diqqət!
Çeliakiy – qlüten həsaslığının dəhşətli əlamətləri –  Uşaqlarda bu səpkilərə diqqət!