Evlənmək istəyənlərin 24 nəfərində HİV, 31 nəfərində sifilis AŞKARLANDI

  • 10 May, 2019
  • 5697 Baxış
Evlənmək istəyənlərin 24 nəfərində HİV, 31 nəfərində sifilis AŞKARLANDI

2019-cu ilin aprel ayında nikaha daxil olmaq istəyən 12123 nəfər qan müayinəsinə cəlb olunub.

 
Bu barədə Medicina.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.
 
Z.Əlimirzəyeva qeyd edib ki, 290 cütlükdən birində talassemiya daşıyıcılığı aşkarlanıb. Daha 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı qeydə alınıb:
"Həmçinin 24 nəfərdə HİV, 31 nəfərdə sifilis qeydə alınıb”.
 
Direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 542038 nəfərdə qan müayinəsi aparılıb:
 
"19253 cütlükdən birində talassemiya daşıyıcılığı, 1204 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1777 nəfərdə sifilis, 496 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.