Əzələ kütlənizi artıracaq super qidalar - SİYAHI

  • 2019.11.12 10:11
  • 3429 Baxış
Əzələ kütlənizi  artıracaq super qidalar -  SİYAHI

Sağlam yemək bədən yağını balanslaşdıran ən
vacib amildir. Bədən yağını tarazlaşdırmaq və əzələ kütləsini artırmaq üçün yalnız
məşq etmək kifayət deyil.


Hər şeydən əvvəl, əzələ nisbətini artırmaq
üçün qidalanma çox vacibdir. Çünki insan idmanın faydasını görmək üçün yediyi və içdiyi hər şeyə diqqət yetirməlidir.


 


Bəs, müntəzəm məşqlərdən əlavə olaraq əzələ
kütləsini artırmaq üçün hansı qidaları istehlak etməlisiniz? 


Medicina.az sizə həmin qidaları təqdim edir:



Banan


Çox qidalı meyvə olub sağlamlıq üçün faydalıdır. Şəkər tərkibi bir az yüksəkdir, lakin əzələnn
formalaşmasına çox dəstək verir.



Balıq yağı


Balıq yağı bədəniniz üçün vacib əlavə köməkdir.
Maddələr mübadilənizi sürətləndirir.



Şokoladlı süd


Əzələ formalaşmasında təsirlidir. Məşqdən
sonra içəcəyiniz bir stəkan şokolad südü yorğunluğunuzu keçir.



Badam


Vacib zülal və yağ mənbəyidir. E vitamini tərkiblidir və güclü
bir antioksidandır.



Yulaf


Yulaflar sağlamlıq mənbəyidir. Tərkibində lif,
protein, minerallar və vitaminlər saxlanılır. Həmişə yulaf yeyin.



İspanaq


Tədqiqatçılar ispanaqda olan "phytoecdysteroid”lərin
əzələ böyüməsini 20 faiz artıra biləcəyini sübut ediblər.