Fikirdən necə qurtulmalı? - ELMİ TƏTQİQAT

  • 2017.11.09 17:49
  • 1930 Baxış
Fikirdən necə qurtulmalı? -  ELMİ TƏTQİQAT
Özünüz istəmədiyiniz, sizi pis əhvalda saxlayan hər hansı bir düşüncə beyninizdə varmı? Alimlər bunu dayandırmaq üçün bir yol tapmış ola bilərlər. Beyinin yaddaş hissəsindəki bir kimyəvi maddənin, düşüncəyə nəzarət mexanizmində açar rolu oynadığı məlum olub. Bu kəşf bəzi insanların israrçı və faydası olmayan düşüncələri fikirləşməsinin səbəbini aydınlaşdıra bilər.


İstənməyən düşüncələrdən qurtula bilməmək kimi təlaş hissi, travma sonrası stress pozuqluğu (TSSP), depressiya və şizofreniya kimi bəzi xəstəliklərin ümumi simptomudur.


Düşüncələrə nəzarət edəbilmək insan sağlamlığı və yaxşı əhval-ruhiyyədə olmaq üçün vacibdir.


"Bu qabiliyyət çökəndə, psixiatrik xəstəliklərin ən zəifləyən əlamətləri ortaya çıxmağa başlayır - çağırılmamış fikirlər, xatirələr, halüsinasiyalar, patoloji və daimi narahatlıqlar ...", -deyə Kembric Universitetinin professoru Maykl Anderson bildirib.


Araşdırmada tədqiqatın iştirakçılarına şəffaf/hamam böcəyi, yosun/şimal kimi bir-biri ilə əlaqəsi olmayan amma cüt olan bu kəlmələri əzbər etmək tapşırılıb. Daha sonra iştirakçılara yaşıl və ya qırmızı siqnallar verilib. Yaşıl işıqda həmin cüt kəlimədən birini xatırlamaları, qırmızıda isə bunu etməməyi tapşırılıb.

Beləliklə araşdırma aparılarkən iştirakçıların beyinlərində qan axını və kimyəvi dəyişikliklər funksional maqnnit rezonans görüntüləmə (fMRG) tərəfindən təqib edilib.


Tədqiqatçılar bu prosesdə GABA (gamma-aminobütirik turşusu) adlanan siniri hərəkətə gətirən (neyrotransmiter) kimyəvi maddənin açar rolunu oynadığı məlum olub.


GABA beyindəki əsas "profilaktik" nörotransmitterdir. Bir sinir hüceyrəsi tərəfındən sıxıldıqda, ona bağlantılı digər hüceyrələri də aktiv olmağa qoymur.

Tədqiqatçılar, beyinlərinin hipokampal bölgəsində daha çox GABA maddəsi olan iştirakçıların istənməyən fikir və xatirələrin qarşısını almaqda daha uğurlu olduğunu təsbit edib.


Professor Anderson daha əvvəl sadəcə beynin hansı hissəsinin bu müddətdə aktiv olduğunu bildiklərini; son araşdırma ilə bu müddətdə rol oynayan ana siniri idarəedicini tapmağın büyük bir adım olduğunu söyləyib. Bu kəşf şizofreniyadan post-travmatik stress pozuqluğuna qədər, düşüncələrə nazarət etmə bacarığının olmamasından qaynaqlanan bir çox xəstəliyin müalicəsinə səbəb olacaq.(Aznews.az)