Gəmidə yananlar təyyarə ilə xaricə müalicəyə göndərilir

  • 2019.05.11 14:10
  • 15678 Baxış
Gəmidə yananlar təyyarə ilə xaricə müalicəyə göndərilir
 

 

Mayın 8-də axşam saatlarında Xəzər dənizində "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alan "Saipem" şirkətinin 11 əməkdaşı (o cümlədən Azərbaycan vətəndaşları) Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına göndəriləcək.
Medicina.az Trend-ə istinadən bildirir ki, bu barədə məlumat "Saipem" şirkətindən verilib. Qeyd edək ki, əməkdaşların xəstəxanalara yerləşdirilməsi şirkət tərəfindən təşkil olunacaq. Daha yüngül xəsarət almış 3 əməkdaşın müalicələrini davam etdirilməsi ücün öz vətənlərinə göndərilməsi nəzərdə tutulub. Xatırladaq ki, mayın 8-də təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 15 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan 1-i evə buraxılıb.