Halluks valgus xəstəliyi nədir? – ƏN ÇOX BU ŞƏXSLƏRDƏ OLUR

  • 2019.06.27 10:38
  • 14801 Baxış
Halluks valgus xəstəliyi nədir?  – ƏN ÇOX BU ŞƏXSLƏRDƏ OLUR
Bir çox insanın şikayətçi olduğu bir problemdən söz açacağıq. Elmi adı Halluks valgus olan bu xəstəlik ayaq baş barmağın yanında çölə doğru sümük çıxıntısıdır. Müəyyən zaman keçdikdən sonra ayaqlarda şiddətli ağrılara səbəb olur.
Halluks valgus xəstəliyi nədir? Müalicəsi varmı? Bu və digər suallara cavab tapmaq üçün medicina.az-ın hazırladığı məqalədən yararlana bilərsiniz.

 

 Qadınların 40%-ində bu problemə rastlanır. 70% hallarda genetik meyillilik var. Genetik olaraq 1 və 2-ci daraq sümükləri arasındakı dərəcə çox olduqda müəyyən vaxtdan sonra baş barmaq digər barmaqlara yaxınlaşır. Bu kəskin əyilmə bir çıxıntı olaraq baş barmağın iç tərəfində hiss edilməyə başlanır. Genetik meyillilikdən başqa uzun müddət topuqlu  və ucu şiş ayaqqabı geyinənlərdə də HV yarana bilər.

 


 

Bu səbəblə də bu problemi olanların onundan doqquzu qadındır. Müəyyən zaman keçdikdən sona həmin adamlar ayaqqabı geyinməkdə çətinlik çəkirlər. Buna dikdabanla yanaşı, idman ayaqqabıları, hətta ən rahat ayaqqabılar da daxildir. Xəstəik hərəkət qabiliyyətinə maneələr yaradır.

 
HV 18-65 yaş arası şəxslərin 25%-də müşahidə edilə bilinən narahatlıqdır. 65 yaşından sonra bu xəstəliyin müşahidə edilməsi 35% -ə qədər yüksəlir.
 

Halluks valgus deformasiyaya səbəblər:

 

 

Genetik faktor – Belə xəstələrin böyük qismində xəstəlik genetik olur.

 

 

Dar, hündür ayaqqabılardan istifadə edən bir qisim xəstədə bu, müşahidə edilsə də, digər qisim xəstələr isə hər zaman idman ayaqqabılarına üstünlük versələr də, xəstəlikdən qaça bilmirlər.

 

 

Ayağın içə basılması, düz dabanlılıq da halluks valgusa səbəb ola bilir.

 

 

Həkim tərəfindən müayinə olunduqdan sonra isə müalicənin növünə qərar verilir. Burada düzgün qərarı vermək, yenidən xəstəliyin yaranma ehtimalının qarşısını almaq üçün çox vacibdir.


 


 

Əməliyyatsız müalicə mümkündür?

 

 
İlk müalicə seçimi əməliyyat deyil. Müalicə əsnasında: Önü geniş rahat və yumşaq ayaqqabılar, barmaqarası ayaqqabılar Ayağın arxası aşağı olan xəstələrdə ortopedik dabanlıqdan istifadə etməkləri məsləhət görülür. Bütün bu üsullardan sonra ağrısı davam edən xəstələrdə cərrahi müalicəyə müraciət edilir. Əməliyyatdan sonra xəstə xəstəxanada ən çox 1 gün qalır. Əməliyyatdan sonra 2 və ya 3 saatda xəstələr dabanlarına basaraq, ya da xüsusi ayaqqabıdan istifadə edərək yeriyə bilərlər. Adətən uyğun müalicə üsulu seçilərsə, təkrarlanma müşahidə edilmir.
  Ayna Məmmədova

  Medicina.az

 
  Halluks valgus xəstəliyi nədir?  – ƏN ÇOX BU ŞƏXSLƏRDƏ OLUR
Halluks valgus xəstəliyi nədir?  – ƏN ÇOX BU ŞƏXSLƏRDƏ OLUR