Hansı dərmanı hansı saatda qəbul etməli – Vaxtın təsiri varmı?

  • 04 Noyabr, 2019
  • 5384 Baxış
Hansı dərmanı hansı saatda qəbul etməli – Vaxtın təsiri varmı?
Hər dərmanın öz vaxtı var. Bu, preparatın təsirindən və xəstəlikdən asılıdır. Bəzi dərmanlar üçün vaxtın önəmi yoxdur, amma bəziləri var ki, onları hər gün eyni vaxtda və mütləq səhər və ya axşam qəbul etməlisiz.
Ekspertlərin fikrinə görə, 30% dərmanlar düzgün vaxtda qəbul edilmir. 

Son araşdırmalar göstərib ki, təzyiq dərmanını səhər oyanan kimi yox, gecə qəbul edəndə daha efektivdir.
Medicina.az hansı dərmanların hansı saatda qəbul edilməsini araşdırıb.

Siz anakgetikləri, yəni ağrıkəsiciləri saat fərqi olmadan qəbul edə bilərsiz.Eləcə də dərmanlar arası intervala diqqət yetirin. Parasetamol, ibuprifen, analgin qəbulundan sonra digər dərman və ağrıkəsici ən azı 4 saatdan sonra qəbul edilməlidir.

Oral kontraseptivləri eyni vaxtda qəbul etmək vacibdir. 

Yuxugətirici antihistaminlər, allergiya dərmanları, sakitləşdirici, yuxu dərmanları yatmazdan 1 saat öncə qəbul edilməlidir. 
Amitripllin kimi dərman da gecə qəbul edilməlidir. 

Sidikqovucular səhər qəbul olunmalıdır ki, gecə tualetə qalxmayasız.

Lipid və xolesterin azaldıcı dərmanlar, məsələn simvastatin gecələr aktiv olur. Onları yatmazdan əvvəl qəbul edin.

Psoriaz və revmatoid artrit kimi xəstələrin istifadə etdiyi metotreksatı həftənin eyni günündə, həftədə cəmi 1 dəfə qəbul etmək lazımdır. Əgər siz onu tez-tez, 1-2 gündən bir qəbul etsəz bu çox böyük səhvdir və hətta ölüm təhlükəsi var.

Təzyiq dərmanları

Orqanizmdə arterial təzyiqi nizamlayan sistem hormonal renin-anqiotenzin-aldosteron sistemdir. Bu sistem stress, təzyiq, damardan qan vurulmasına reaksiya verir. Və bu sistem gecələr akltiv olur. Ona görə bu vaxta kimi səhərlər təzyiq dərmanını at prinsipi qüvvədən düşür. İndi gecələr təzyiq dərmanını atmaq tövsiyyə olunur. Bu böyrəklərin də dərmanlardan ziyan görməsinin qarşısını alır