Havalar anidən soyudu, boğaz ağrısı başladı - MÜBARİZƏ YOLLARI

  • 2017.10.06 13:25
  • 14485 Baxış
Havalar anidən soyudu, boğaz ağrısı başladı -  MÜBARİZƏ YOLLARI
Havaların soyuması ilə birlikdə xəstəliklər də artıb. İsti havadan sərt soyuğa keçid insanlarda boğaz ağrısının yaranmasına yol açıb. 

 

Medicina.az boğaz ağrısına faydalı təsir edəcək üsulları araşdırıb.


Duzlu su ilə qarqara – duz boğazı qıcıqlandıran mikrobları məhv edərək təmizlənməsinə kömək edir. Bunun üçün yarım çay qaşığı duzu, bir stəkan suda əridin. Bu qarışımla gündə 3-4 dəfə qarqara edin vu suyu boşaldın.


Darçın çayı – yaxşı antioksidandır. Boğazınızda sünusləri açmağa yardım edir və rahat nəfəs almağınızı təmin edir. Bunun üçün 1 stəkan suyu qaynadın və 2 çubuq darçın atın. 3 dəqiqə dəmləyin. Daha sonra isə çubuqları çıxararaq çayı içə bilərsiniz.


Zəncəfil suyu – bəlğəmgətirici bir bitkidir. Bakteriyaları məhv edir. Boğaz ağrının sağalmasına kömək edir. Zəncəfil çayını hazırlamaq üçün suyu qaynadın, zəncəfili isə xırda-xırda doğrayın. 5 dəqiqə ərzində dəmləyin. Hazır olan çayın içərisinə bal da qata bilərsiniz.