Çil və ləkələrdən təbii üsullarla XİLAS OLUN

  • 2018.05.02 15:52
  • 17013 Baxış
Çil və ləkələrdən təbii üsullarla  XİLAS OLUN
Yazda bir çox insanların dərisində çil və piqment ləkələri əmələ gəlir.


Onları daha az görünən etmək üçün bəzi təbii vasitələrdən istifadə etmək olar.


Medicina.az Saglamolun.az-a istinadən sizə çil və piqment ləkələrini ağardan 3 təbii vasitəni təqdim edir:


1. Limon dilimi. Limon ən yaxşı təbii ağardıcı vasitələrdən biridi. Limon dilimini kəsin və dərinizi silin. C vitamini ilə zəngin olan limon həmçinin dərini cavanlaşdırır.  


2. Qatıq. Qatıq dərini ağardır, qidalandırır və cavanlaşdırır. Təzə qatıqda pambıq diskini isladın və dəriyə çəkib qurumağı gözləyin. Daha sonra ilıq su ilə yuyun.


3. Cəfəri. Bu unikal bitkinin bir çox faydalı xüsusiyyəti var. Onlardan biri dərini ağartmaqdır. 3 x.q. xırda doğranmış cəfərini 1 ç.q. su əlavə edib blenderdə əzin, alınmış xorranı üzünüzə çəkin, 20 dəqiqədən sonra ilıq su ilə yuyun.