İmsaqda nəyi, necə, nə qədər yeyək? – UZMAN HƏKİMDƏN QIZIL MƏSLƏHƏTLƏR

  • 06 May, 2019
  • 13516 Baxış
İmsaqda nəyi, necə, nə qədər yeyək? – UZMAN HƏKİMDƏN QIZIL MƏSLƏHƏTLƏR
Ramazanda ən çox bilinən yanlışlardan biri də məhz imsaq çox yemək lazım olduğu barədədir.
 
Medicina.az xəbər verir ki, bu, əslində imsaqda çox yeməyin iftara qədər insanı tox saxlamağı doğru yanaşma deyil.
 İmsaqda yemək yeməsəniz, mədənizdə müəyyən problemlər yarana bilər. Ramazanda ac qalma müddəti 17 saata qədər olur. Ona görə də imsaqda mütləq qida qəbul edilməlidir. Əks halda. böyük risk faktoru var. Bu barədə türk qastroenteroloq  uzman həkim Ömer Şentürk deyib: "İmsaqda qatı qidalarla yanaşı, bol-bol maye də qəbul olunmalıdır. Zülallı qidalara üstünlük verin. Çünki bu, uzun müddət tox tutur. Pendir, yumurta, süd və  yoğurt istifadə olunmalıdır. Fiziki məşqləri də unutmaq olmaz. Ramazanda qəbizlik, köp, sancı kimi problemlərin səbəbi çox yeməkdir. Həmçinin həddindən çox un məhsulları qəbul etsəniz, eyni vəziyyətlə qarşılaşacaqsınız".
 
 
Həkimin sözlərinə görə, orucluq vaxtı problem yarada bilən başqa səbəb isə hərəkətsizlikdir: "Bəzi insanlar iftara qədər gününü  yataraq keçirir. Bu da həm fiziki, həm də əhval-ruhiyyə baxımından mənfi təsir edir. Bu zaman mütləq fiziki məşqlər edilməlidir”.
Orucluq zamanı ağrıkəsici istifadə edənlər diqqətli olmalıdır.
Mədə yanması, ağrı, qıcqırma kimi əlamətlər meydana gələ bilər. Bunun da başlıca səbəbi uzun müddət ac qalmaqdır. Ramazandan əvvəl  mədə problemlərinə görə  qəbul olunan hər hansı ağrıkəsici istifadə edənlərdə mədə ağrıları daha çox müşahidə edilir.
 
 
Qastro-ezofageal reflyuks xəstəliyi olanlar yarım saat gözləməlidir.
Qastro-ezofageal reflyuks xəstəliyi olanlar oruc tutarkən çox yeməməlidir. Həmin insanlar imsaqdan sonra yatacaqsa, ən azı yarım saat gözləməlidir. Sözügedən problemdən əziyyət çəkənlərin yeməkdən əvvəl mədə qoruyucu dərmanlar qəbul etməsi zəruridir.
Meyvə-tərəvəzə daha çox üstünlük verin. Qaynadılmış və yaxud az yağlı qidaların qəbulu labüddür. Xüsusi ilə yeməyin miqdarına fikir verin. Yeyərkən asta-asta yeyin. Əks halda qastrid kimi mədə xəstəlikləri meydana gələ bilər.