Kardioloji stress test – Ürəyin dözümlüyünü yoxlayın

  • 2018.04.16 16:53
  • 38114 Baxış
Kardioloji stress test –  Ürəyin dözümlüyünü yoxlayın
Ürəyin işini diaqnoz etmək üçün mövcud olan üsullardan biri də kardioloji stress testidir. O, ürək əzələsinin funksional pozğunluğunu, daim fiziki və emosional yüklənmiş rejimdə olan insanların ürəyinin profilaktikası üçün əvəzsizdir. Xüsusən idmançılar, ağır işdə çalışanlar, sürücülər, rəhbər vəzifədə işləyənlər bu testdən mütəmadi keçməlidir. 


Ürəyin fiziki yükə nə qədər dözümlü olub-olmamasını bilmək üçün həm sakit, dinc halda, həm də fiziki hərəkət zamanı test olunur. 

Bu metoda 2 gün əvvəldən hazırlaşmaq lazımdır. Xəstənin şikayətlərinə görə kardioloq stress testini təyin edib, pasiyentə lazımi tapşırıqlarını verir. 1 sutka əvvəl xəstə bəzi preparatların, kofein tərkibli qidaların, içkilərin qəbulunu dayandırmalıdır. 


Test günü ən azı 3 saat əvvəldən heç nə yeməməlidir. Maye qəbulu da az olmalıdır. 

Test günü pasiyent özü ilə qəbul etdiyi bütün dərman preparatlarını gətirməlidir. 

Stress testi zamanı pasiyent qaçış aparatında hərəkət edəcək, ona görə idman üslublu, rahat geyim geyinməlidir. 

Stress testin bir neçə növü var: ana damarlarda qan dövranında bloklanmanı yoxlamaq üçün. Bu zaman pasiyent qaçış xalçasında maksimal həddə çatana kimi qaçır. Bundan sonra pasiyentə xüsusi preparat vurulur və üeəyə qan axını izlənilir. 


Radioaktiv indikatorlar vasitəsilə skan olunma – ürək tutmasını aşkar etmək üçün olunur. İnfarkt keçirmiş və ya keçirən, keçirmə riski olan xəstələrə olunur. 


Ürək divarlarının yığılıb açılmasını yoxlayan radionuklid angioqrafiya- ürəyin qanı necə vurmasını izləyir.  

Test zamanı çəkimlər həm ürək istirahət edəndə, həm də maksimum yüklənəndə, yəni stress halında çəkilir. Bununla da pasiyentin ürəyinin gərgin iş və yükə dözüb-dözməməsi təyin olunur və o əvvəlcədən ürəyi ilə işinin nə dərəcədə uzlaşdığını öyrənir. Həkim bu testə görə müalicə təyin edir, xəstəyə məsləhətlər verir, rejim seçir. 


Kardioloji stress testindən keçmək üçün Bioloji təbabət klinikasına müraciət edə bilərsiz.

Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında