Koreyalıların 90 il yaşamasının sirri – Möcüzəvi KİMÇİ nədir?

  • 17 İyun, 2019
  • 34191 Baxış
Koreyalıların 90 il yaşamasının sirri – Möcüzəvi KİMÇİ nədir?


Asya mətbəxinin ən tanınmış,  ləziz təamı "kimçi” Koreyada xüsusi yerə sahibdir. Turşu kimi yeməklərin yanında verilir.
 Koreyalıların 90 yaşdan yuxarı yaşamaqlarının memarı məhz bu qida hesab edilir.
 
 
 Medicina.az bu ləziz təam haqqında maraqlı məlumatları təqdim edir.
 
 
 
 
Cənubi Koreyanın ən məşhur baş aşbazı Shim Young- Soon deyir ki, "kimçi” hər dərdin əlacıdır.
 
 
"Bizim ölkədə az qala dərman kimi istifadə edilir. Xüsusi ilə qadınlar gözəlliklərini "kimçi”yə borcludur. 80 yaşındayam, baxın, üzümdə heç bir qırış yoxdur, səhhətimdə də heç bir problem yoxdur.  Bu möcüzəvi qidanı hər kəsə tövsiyyə edirəm”.
 
 
 
 
 
 UNESCO 2013-cü ildə 200-dən çox növü olan bu qidanın qeyri-maddi mədəni irs kimi qəbul edilməsi barədə qərar qəbul edib.
45 illik aşbaz işləyən Young- Soon "kimçinin” sağlamlığa faydalarını belə şərh edir:
 
 
-    Sızanaq ləkələrini tez bir zamanda yox edir. Tərkibinə görə yaxşı antioksidantdır. Yaraları sağaltma xüsusiyyətinə görə hətda məlhəm kimi də istifadə edilir.
 
 
-   "Kimçi”dən hər gün bir parça yemək sizi daha enerjili saxlayıb, gözəl və sağlam olmağınıza təkan verəcək.

Sizə kimçi turşusunun hazırlanma qaydasını təqdim edirik:
 
 
 
 
Lazım olanlar:
 
 
     •  1 ədəd Çin kahısı
     •  Yarım stəkan dəniz duzu
     •  1 ədəd yerkökü
     •  2 ədəd yaşıl alma
     •  2 ədəd yaşıl soğan
     •  1 ədəd şüşə balon
     •  5 diş sarımsaq
     •  1 ədəd baş soğan
     •  1 ədəd yaşıl alma
     •  1 parça zəncəfil
     •  1 çay qaşığı qara şəkər tozu
     •  1 çay stəkan balıq sousu
     •  Yarım çay stəkan acı bibər
     •  1 stəkan su
     •  1 çay qaşığı qaynadılmış düyü


 
 
 
Hazılanma qaydası:
 Kahını uzun-uzun 4 hissəyə bölüb, üzərinə kəsiklər atın. Yaxşıca yuyun. Bir qismini suyu süzülməsi üçün kənarda gözlədin, üzərinə duz səpib ovuşdurun.
Tamamilə suyu çıxana kimi gözləyin.
Tamamilə suyu çıxandan sonra 3-4 dəfə yuyub, duzunu axıdın.
 
Digər təfədən isə sarımsağı, baş soğanı, almanı, zəncəfili, şəkər tozunu, balıq sousunu, acı bibəri və qaynadılmış düyünü blenderdən keçirin.
Qatı sous formasına gələnə kimi qarışdırın və gözləməyə qoyun. 
Yerköklərini rəndələyin, yaşıl soğanları da çox kiçik olmayan ölçüdə doğrayın.
 Bir az əvvəl kənarda saxladığınız kahının üzərinə tökün. Yaxşıca qarışdıb hazırladığınız sousu da əlavə edib, təkrar qarışdırın.
Əldə olunan qarışığı hava keçməyən şüşə balona doldurun. 6-8 saat otaq temperaturunda, daha sonra isə 1 həftə ərzində soyuducuda saxlayın. Bu müddətdən sonra hazır olan turşunu yeyə bilərsiniz.
 
 Ayna Məmmədova
 Medicina.az