Omeqa 3 ilə zəngin qidalar – Sağlamlığın siyahısı

  • 2019.08.08 18:58
  • 7341 Baxış
Omeqa 3 ilə zəngin qidalar –  Sağlamlığın siyahısı

Hər bir sovet məktəblisinə həm məktəbdə, həm evdə ən dadsız və acı balıq yağı içirilərdi. Balıq yağının xoşagəlməz tamını sonradan xatırladıqca, üz-gözlərini büzərdilər.


Zaman dəyişib, Omeqa 3-ə olan tələbat daha da artıb. Təəssüf ki, gündəlik qidamız və meyvə-tərəvəzdə Omeqa 3 azdır. İndi balıq yağının və Omeqa 3 daha dadlı formaları, kapsulları çıxıb. Qoxusuz və ya meyvə dadlı, qoxulu Omeqa 3 beyin, gözlər, qocalığa qarşı vacibdir. Sovet dövründə qəpik-quruşa olan təmiz balıq yağı, indi dəbli qablaşdırmada müxtəlif formalarda daha baha satılır.


Omeqa 3 və 6 yağ turşularıdır. Qaraciyər tərəfindən çox yaxşı mənimsənilir. 

Hər bir insanın sutkalıq Omeqa 3 tələbatı 1100 mq-dır. Lakin biz onun heç yarısını da qəbul etmirik. Orqanizm tərəfindən bu turşular sintez olunmur, ona görə kənardan, xüsusən təmiz şəkildə qidalardan almalıyıq


Medicina.az uşaqlar və böyüklər üçün vacib olan Omeqa 3 ilə zəngin qidaları təqdim edir.


Ən reytinqli ərzaqlar bunlardır:


1.Kətan toxumu və yağı

2.Losos balığı

3.Skumbriya

4.Qoz

5.Sardina balığı

6.Qara kürü


7.Seld

8.Rapsa yağı (bitki növüdür)

9.Dəniz ilbizi – istidriyə

10.Ançouslar

11.Qırmızı mərci


12.Xardal və dənələri

13.Qəhvəyi yabanı düyü


Bunların içində bir çoxu təbii ki, qiymətdə baha və hər gün yediyimiz məhsullar deyil.


Amma gündə bir ovuc qoz, mərcimək, 2 xörək qaşığı kətan toxumu yağı içməklə Omeqa 3lə təmin olunmaq mümkündür.

 


Omeqa 3 ilə zəngin qidalar –  Sağlamlığın siyahısı