Onkoloji skrininq: kimlər nə vaxt keçməli? – Xərçəngə qarşı tədbirlər

  • 2019.10.21 17:46
  • 5483 Baxış
Onkoloji skrininq: kimlər nə vaxt keçməli?  – Xərçəngə qarşı tədbirlər
Bütün həkimlər onkoloji xəstəliklərin erkən mərhələdə aşkar olunmasının müalicənin uğurlu olmasında əhəmiyyətli nöqtə olduğunu bildirir. 

Profilaktika mülaicədən daha asandır.


Ona görə indi xərçəngə qarşı önləyici tədbir kimi skrininq proqramlar, çek-aplar hazırlanıb.


Medicina.az hər bir pasiyent üçün əlçatan olan ən sadə onkoloji skrininqləri təqdim edir. Skrininq nə vaxt olunmalı, kimlər keçməlidir?


Skrininq – xəstəliyi hələ heç bir aşkar əlamət, narahatlıq olmadan, hələ yaranmağa başladıqda xəstəliyin aşkarlanmasıdır.

Son statistika göstərib ki, onkoloji skrininqlərin çoxalması xərçəngdən ölüm faizini 35% azaldıb.


Eləcə də skrininq xərçəng xəstəliyinin müalicəsinə sərf olunan vəsaiti, vaxtı azaldır. Məsələn, uşaqlıq boynu və süd vəzi xərçəngi erkənb mərhələdə aşkar olunduqda kiçik bir əməliyyatla müalicə bitə bilir, kimyaterapiyaya gərək qalmır.


Skrininq həkimin təyinatı ilə olunur.

Amma siz özünüz də harda bu kimi skrininqlər varsa, keçə bilərsiz. 


Kimlərə vacibdir:


-Ailəsində, nəsildə xərçəng meyillik və xəstələri olanlar

-Peşəsi ilə bağlı risk qrupunda olanlar

-Süd vəziləri 25 yaşdan sonra hər 3 ildən bir

-40 yaşından sonra hər il müəyyən skrininqlər

-İlk cinsi əlaqədən sonra qadın hər 3 ildən bir uşaqlıq boynu xərçənginə qarşı yoxlanmalıdır

 



Yoğun bağırsaq skrininqi


50 yaşından sonra hər kəs bu skrininqdən keçməlidir:

- Kolonoskopiya, endoskopiya

- Nəcisdə gizli qan analizi və 5 illik siqmoiodoskopiya

- Polipi olanlar daha gənc yaşlarda skrininqdən keçməlidir


Prostat skrininqi


Qanda PSA analizi, prostat USM və digər analizlərdən 45 yaşdan sonra kişilər hər 3-4 ildən bir keçməli, 55 yaşdan sonra isə 2 ildən bir keçməlidirlər.


Ağız içi xərçəngi


Ağızın içində müxtəlif xoraları, qırmızı və ya ağ sızanaq kimi səpkiləri, bərkimələr olan insanlar bu skrininqdən keçməlidir


Eləcə də qalxanvari vəz, mədə, qaraciyər skrininqləri vardır.


Skrininqdən qorxmaq, çəkinmək lazım deyil. Diaqnozu erkən bilmək, ömrü uzadır, həyat qurtarır.

 

 


Onkoloji skrininq: kimlər nə vaxt keçməli?  – Xərçəngə qarşı tədbirlər
Onkoloji skrininq: kimlər nə vaxt keçməli?  – Xərçəngə qarşı tədbirlər