Pornoya baxmaq cinsi istəyi artırır? – MÜTƏXƏSSİS RƏYİ

  • 16 Oktyabr, 2019
  • 9332 Baxış
Pornoya baxmaq cinsi istəyi artırır? – MÜTƏXƏSSİS RƏYİ
"Həyat yoldaşınızla münasibətləriniz adiləşdikdə, ya da əvvəlki kimi olmayanda seksdən zövq almadığınızı fikirləşməyə başlayırsınız. Demək, artıq cinsi həyatınıza rəng qatmaq vaxtıdır”. Bunu mütəxəssislər məsləhət görür. Bəs görəsən bu rənglər arasında porno izləmək varmı?

Medicina.az xəbər verir ki, aile.lent.az pornoya baxmağın cinsi həyata necə təsir göstərməsini araşdırıb.
 
Cinsi məzmunlu filmlərə baxmaq bir vaxta qədər cütlüklərin cinsi həyatını rəngləndirə bilər. Vizual xəbərdarlıq təsiri beynin cinsi impulslar olan hissəsini çox sürətlə hərəkətə gətirdiyi üçün cütlüklərə müsbət mənada təsir edəcək. Buna görə də pornoya baxmağın münasibətlərə rəng qatdığı və canlandırdığı deyilir.
 
Porno filmlərin onlarla kateqoriyası və növləri var. Buna görə də hansı porno filmin seçilməsi vacibdir. Şiddət, aşırılıq ehtiva edən filmlər seçsəniz, bunun mənfi təsirləri ola bilər. Belə filmlərin əksəriyyətində həddən artıq görünən kişi cinsi orqanları, çox düzgün qadın və kişi bədənləri, dəqiqələrlə və fasilə vermədən davam edən penis ereksiyası və vaginaya girib-çıxması, bir-birinin ardınca orqazm yaşayan qadınlar və s. kimi görüntülər yer alır. Bunları izləyən cütlüklərdə əsasən bu cür vəziyyətlər yaşanır:
 
- Kişilər penis boyuna görə qayğı yaşayır
- Cütlüklər bir-birindən həddən çox gözləntilərə qərq olur
- Hər iki tərəf necə performans göstərəcəyinin narahatlığını yaşayır
- Qısqanclıq
- Müqayisələr
- Özünün, ya da həyat yoldaşının bədənini bəyənməmək
 
 
Orqazm hədəf olmamalıdır
 
Cütlüklər bir-birinə kifayət qədər vaxt ayırmalı, uyğun mühiti təmin etməli və bir-birilərinin bədənlərini dəyərləndirməlidirlər. Cütlüklər bədənlərini və bir-birilərini tanımağı hərəkətləri ilə bəlli etməlidirlər. Nəticədə isə orqazm hədəf olmaqdan çıxmalı, sevişmə və zövq almağa yönəlməlidir.
 
Cütlüklərin erotik filmə baxdıqları zaman münasibətlərinə fantaziya qatmaqları təbii ola bilər. Düzgün erotik film izləyən zaman görüntü olaraq nələrisə öyrənmək də mümkündür. Lakin bu cür vəziyyət, yəni porno izləyərək sekslə məşğul olmaq adi hala çevrilməməlidir. Cinsi münasibətin və yataqda birlikdə vaxt keçirməyin qarşısını almamalıdır. Bu cür filmlərə baxmaq cütlüklərin oradakı real olmayan, ya da tərəf müqabilinin qəbul etməyəcəyi şeyləri istəməsinə, bunu etmədikdə isə soyumasına səbəb olmamalıdır.
 
Hər kəsin öz fantaziyası var
 
Cinsi həyat və fantaziyalar hər bir fərdin özünə məxsusdur, bunları cütlüklər birlikdə təyin etməli və inkişaf etdirməlidirlər. Cütlüklər cinsi həyat mövzusunda qabiliyyətsiz və ya məlumatsız olduqlarını düşünürlərsə, müraciət edəcəkləri ilk istiqamət qəti olaraq porno filmlər olmamalıdır. Bunun yerinə cinsi həyat haqqında ensiklopediyalar, kitablar, maarifləndirici videolar və cinsi terapevtlər olmalıdır. Cinsi məlumatsızlıq nəticəsində əldə edilmiş yanlış məlumatlar cütlüklərin cinsi həyatına mənfi təsir göstərə bilər. Cütlüklər istəklərini, gözləntilərini, nə istədiklərini, nəyi, necə istədiklərini aralarında çox rahat müzakirə edə bilməli, bir-birinə göstərə biləcək hala gətirməlidirlər. Cütlüklərin orqazm olması əslində bir-birinə öyrəşmə, vərdiş etmə və inkişaf etdirmə müddətidir. Onlar bir-birilərinin bədənlərini öyrəndikcə daha çox zövq alır, zövq aldıqca da zövq verə biləcək hala gəlirlər. Qısası, cütlüklərin cinsi həyatında porno rəng qatan fantaziyalardan biri olduğu müddətcə işə yaraya bilər.
 
Kişi də, qadın da pornoya baxmaq istəyirsə və narahat olmurlarsa, bu, münasibətə kömək olar. Əgər tək bir tərəf porno izləmək istəyirsə, bu, cütlüklərin cinsi həyatına günbəgün mənfi təsir göstərəcək. Bu, pornonu tək izləyən tərəfin cinsi həyatını riskə atması deməkdir.