Psixi sağlamlığın seksə təsiri...

  • 2019.08.22 13:59
  • 7111 Baxış
Psixi sağlamlığın seksə təsiri...
Psixi sağlamlıq fiziki sağlamlıq qədər çox vacibdir. İnsanlar fiziki sağlamlıq arzuladığı bir vaxtda, cəmiyyət çox zaman insanların psixi sağlamlığına diqqət yetirir. Lakin bir həqiqət var ki, psixi sağlamlıq fiziki sağlamlıq qədər əmək tələb edir.  Medicina.az mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir. Bu səbəbdən, gəlin özümüzü elə göstərmək əvəzinə, psixi sağlam qalmağın yolları haqqında danışaq. Ən yaxşısı, gəlin əyləncəli bir yolundan başlayaq. Çünki, seks psixi sağlamlığın qorunmasında vacib hətta həyati əhəmiyyətli rol oynaya bilər. Fiziki təmas, hətta əgər bu seksual təmas deyilsə belə, psixi sağlamlığa müsbət təsir edə bilər. Fiziki sağlamlığın faydalarından yararlanmaq üçün kiminləsə intim və seksual münasibətdə olmaq vacib deyil. Dostlarını və ailəni qucaqla.  Həyat yoldaşınızın və uşaqlarınızın əllərini sıxın.  Hətta sevimli ev heyvanını özünə sıxmaq psixi sağlamlığın qorunması cəhətdən faydalı olduğu aşkar olunub. Ona görə də yaxşı olar ki, partnyorunuzla danışasınız. Açıq söhbət cinsi həyatınızda möcüzələr yarada bilər. Sizin öz vəzifənizin öhdəsindən necə gəlməyinizə görə narahat olduğunuzu etiraf etmək öhdəsindən gəlməli olduğunuz yeganə iş ola bilər! Fiziki şəkildə təmas qurun. Hətta əgər cinsi əlaqəyə girmirsinizsə, toxunmağı, tumarlamağı, öpüşməyi və əzizləməyi davam etdirin… Onlar özünü yaxşı hiss etməyə və psixi sağlamlığa müsbət təsir göstərir. Üstəlik, kim bilir bir-birinizə sarıldığınız gecələr nəyə aparıb çıxaracaq. Bir çox şeylər psixi sağlamlığa kömək edir və kifayətləndirici seks əminliklə onlardan biridir. Zərif toxunuşdan ağlı başdan alan orqazma kimi hamısı psixi sağlamlığa  xeyirlidir. Beləcə, zövq alın!