Qətiyyən yarım litrdən çox içməyin... - XƏRÇƏNG XƏSTƏLƏRİNƏ XƏBƏRDALIQ

  • 2019.07.26 12:26
  • 150615 Baxış
Qətiyyən yarım litrdən çox içməyin...  - XƏRÇƏNG XƏSTƏLƏRİNƏ XƏBƏRDALIQ

Xərçəng xəstəliyində ən önəmli addım düzgün qidalanmadır. Kimyaterapiya, Radioterapiya alan insanlar gün ərzində azı 8 stəkan adi və mineral su içməlidir. Lakin yaşıl çay 500 mq-dan çox olmaz. Medicina.az mövzu ilə bağlı yazını təqdim edir. Təzə sıxılmış meyvə şirəsi isə 300 mq-dan çox məsləhət deyil.

 

 

Pasiyentlər müalicə ərəfəsində mütləq qidalanmaya riayət etməlidir. Həkimlərin sözlərinə görə, qidalanma ilə bağlı mütləq məsləhət alsınlar. Əgər düzgün olmazsa, əksinə ziyan olacaq. Sağlam həyat tərzi üçün meyvə tərəvəzə üstünlük vermək lazımdı. Amma bu qidaların təbii olması şərtdir. Quru meyvələr və çərəzlər də faydalı hesab olunur.

 Döş xərçəngi ən məşhur və ölümcül xərçənglərdən biridir.

 

Döş xərçəngi qarşısını almaq üçün bir neçə vacib məqamlara fikir vermək tövsiyə olunur:
•    Daha az alkoqol •    Sağlam çəki •    Toksinlərin qarşısını almaq •    Fiziki fəaliyyət
•    Mütəmadi yoxlamalar

 

 
Döş xərçəngi inkişafına pəhriz böyük təsir göstərir. Döş xərçəngi üçün müxtəlif qidalar var. Brokoli xərçənglə mübarizə aparan maddələr içərisindədir. Ümumiyyətlə bu maddələr xərçəngə qarşı qoruyur. Xərçəngi meyvə-tərəvəzlə müalicə etmək olmur, amma bu o demək deyil ki, qidalanmağımıza fikir verməməliyik. Xərçəngi önləyən qidaları mütəmadi olaraq qəbul etsək, bu xəstəliyin də qarşısını müəyyən qədər almış olarıq. Kök
Mütəmadi olaraq yeyildiyi zaman siqaret çəkənlər də daxil olmaqla ağciyər xərçəngi riskini azaldır. Təcrübələr nəticəsində bilinib ki, qida rasionunda kökə xüsusi yer verən kəslər qırtlaq, sidik kisəsi, qalın bağırsaq, uşaqlığın boyun hissəsinin, prostat və yemək borusu xərçənglərinin yaranmasını 50 faiz, menopozdan sonra döş xərçənginə tutulma riskini isə 20 faiz azaldır.

 

 
İspanaq
2004-cü ildə Texas Universitetində keçirilən təcrübənin nəticəsinə görə, ispanaq bədəni 42 faiz qoruyur. Bundan əlavə, o, bədənin prostat xərçənginə qarşı mübarizəsini gücləndirir. Buna görə də ispanağı süfrənizdən əskik etməyin.

 

 
Portağal
Portağal və qreypfrut şirəsinin çəhrayı rəngdə olanı sarı rəngdə olanından daha faydalıdır. Qırmızı isə ən xeyirlisidir. Bu meyvələrin içi nə qədər çox qırmızı olsa, demək, tərkibində bir o qədər çox likopenin var. Bildiyimiz kimi, likopen bədəni xərçəngdən qoruyur və bu maddə eynilə pomidorda da var. Likopen antioksidant olması ilə yanaşı dərini də müxtəlif təsirlərdən qoruyur və gec qocalmanı təmin edir.

 

 
Çiyələk
Çiyələyin tərkibində bol miqdarda dəmir və fosfor olduğuna görə o, bir çox xəstəliklər üçün faydalıdır. Bundan əlavə, onun tərkibindəki C, B və K vitaminləri bədənə güc, qüvvət verir, xolesterolu aşağı salır və damar tıxanıqlığını aradan qaldırır. Eyni zamanda çox gözəl bir antioksidan olan çiyələk immun sistemini də gücləndirir. Bədəni xərçəngə qarşı qoruyur və həzm sistemini nizama salır.

 

 
Qırmızı üzüm
Qırmızı üzüm güclü antioksidandır və hüceyrənin yaranmasında da iştirak edir. Üzümün bu növü nəinki xərçəngi önləyir, həm də dəri xəstəlikləri, anemiya və epilepsiya zamanı da xeyirlidir. Araşdırmalar zamanı məlum olub ki, qırmızı üzümün tərkibi maqnezium, dəmir, sink, potansium, stronsium, kalsium kimi maddələrlə zəngindir.

 

 
Cəfəri
Dünyada ən xeyirli qidalar siyahısında ilk yerdə olan cəfəri təbii dərman təsirlidir. Gündəlik C vitaminini ödəyən cəfəri qan şəkərini nizamlayaraq xərçəngin yaranma riskini 56 faiz azaldır. Cəfəri yeyə bilməyənlər onun üzərinə limon sıxmağı yoxlamalıdır.

 

 
Balqabaq
Balqabaq beta-karotin qaynağıdır. Onun tərkibi mineral və vitaminlərlə zəngindir. Bir kiçik boşqab balqabaq günlük C vitamininin 10 faizini ödəmiş olur. Beta-karotin isə bildiyimiz kimi hər növ xərçəng xəstəliyinin qarşısını alınması zamanı çox faydalıdır.

 

 
Nar Antioksidan baxımından son dərəcə zəngin olan nar bu xüsusiyyəti ilə bədənimizi xərçəngə qarşı bir qalxan kimi qoruyur. Nar ürək, mədə və həzm prosesi üçün də çox faydalıdır. Amerikalı alimlər qeyd edirlər ki, nar suyunu prostat xərçənginin qarşısını almaq üçün istifadə etmək ən gözəl üsuldur.  Günəbaxan, qarğıdalı, pambıq və marqarin yağlarından uzaq durun. Yerinə zeytun, kərə, quyruq yağları yeyin. Kefir, qatıq, sirkə, nar turşusu kimi probiotiklərlə zəngin qidalar yeyin. Hər gün bir diş sarımsaq və ya bir ədəd baş soğan yeyin. Gün ərzində 1-2 qaşıq sarıkök tozu istifadə edin Xərçəngin sevdiyi qidalardan uzaq durun •    Un və şəkərdən uzaq duraraq, insulinə qarşı müqavimət göstərin. •    Qablaşdırılmış yeməkləri yeməyin •    Qutu südlərdən uzaq durun •    Şəkərsiz çay için •    Stressdən uzaq durun •    Yaxşı yatın. •    Siqaretdən uzaq durun. •    Spirtli içkiləri həddindən artıq içməyin. •    Kifayət qədər idman edin •    Mikrodalğalı sobadan uzaq durun •    Yeməkləri ənənəvi üsullarla – buxarda bişirin. •    Teflon və alüminiumdan isə qətiyyən istifadə etməyin. Qətiyyən yarım litrdən çox içməyin...  - XƏRÇƏNG XƏSTƏLƏRİNƏ XƏBƏRDALIQ
Qətiyyən yarım litrdən çox içməyin...  - XƏRÇƏNG XƏSTƏLƏRİNƏ XƏBƏRDALIQ
Qətiyyən yarım litrdən çox içməyin...  - XƏRÇƏNG XƏSTƏLƏRİNƏ XƏBƏRDALIQ
Qətiyyən yarım litrdən çox içməyin...  - XƏRÇƏNG XƏSTƏLƏRİNƏ XƏBƏRDALIQ