Qida zəhərlənməsi ən çox nədən olur?- HƏKİM AÇIQLADI

  • 13 İyul, 2019
  • 3398 Baxış
Qida zəhərlənməsi ən çox nədən olur?- HƏKİM AÇIQLADI
Yay mövsümündə ən çox baş verən xəstəliklər sırasında qida zəhərlənmələri aparıcı yer tutur.

Medicina.az xəbər verir ki, bu barədə Bakı şəhər Klinik Tibbi Mərkəzin infeksion qəbul şöbəsinin müdiri Mahir Rəhimov deyib: "Son iki ayda kliniki xəstəxananın qəbul şöbəsinə 44 xəstə müraciət edib. Onların daha çox hissəsi dönər yemək nəticəsində zəhərlənib. Say çoxluğuna görə sonrakı yerdə qarpızdan zəhərlənmə halları gəlir. Bu il çiyələkdən zəhərlənmə halları ilə əlaqədar hələlik müraciət daxil olmayıb. Tək-tək hallarda isə dondurmadan zəhərlənmə ilə əlaqədar da müraciətlər daxil olur”.

Şöbə müdirinin dediyinə görə, qida zəhərlənmələri baş verəndə ürəkbulanma, qusma, başağrısı, hərarətin yüksəlməsi və ishal halları daha çox müşahidə olunur. Çox vaxt zəhərlənmə baş verən ilkin tibbi yardım ev şəraitində göstərilir. Ona görə də zəhərlənmə baş verəndə dərhal mədənin yuyulması vacibdir. Bu zaman zəhərlənən şəxsə adi qaynanmış ilıq su içirilir, bir müddət sonra xəstə onu qaytarır. Bundan sonra həkimə müraciət etmək lazımdır.
 
 
(azərtac)