Qulaq çöpləri karlığa səbəb ola bilər - Bu vərdişi tərgidin

  • 2018.07.09 12:14
  • 10071 Baxış
Qulaq çöpləri karlığa səbəb ola bilər -  Bu vərdişi tərgidin
Böyük Britaniyanın Sağlamlığın Müdafiəsi Milli İnstitutu qulaq pambıq qulaq çöpləri ilə bağlı xəbərdarlıq edib.


Medicina.az xəbər verir ki, ingiltərəli professorlar qulaq tıxacı və kirinin evdə pambıq ucluqlu çöplərlə təmizlənməsinin əslində təhlükəli olduğunu bildirib.

 

Eşitmə kanalına toz və çirkdən yığılan axıntı özü təbii olaraq təmizlənib çölə çıxır və çıxmalıdır. İnsandan tələb olunan iş ehtiyatla qulaq seyvanına yığılmış bu çirki yumşaq əski ilə silməkdir. Yəni çöplə kanala girmək və  dərinliyə getmək olmaz. Çünki çöp kiri daha da dərinə itələyərək, kanalın divarını zədələyə, barabana toxuna bilər. Kirin içəri itələnməsi isə qulaq içində ağırlaşmalara, iltihaba gətirib çıxarır. Bu eşitmənin də zəifləməsinə səbəb olur. 


Həmçinin kanalların tıxacdan təmizlənməsi üçün iynə ilə su axıdılması da yolverilməzdir. Təzyiqlə içəri yönələn su qulağın incə daxili hissələrini zədələyir. Ona görə də hər gün qulaqlarına çöp salıb qurdalayan insanlar özlərinə böyük ziyan etdiklərinin fərqinə varıb, bu işi tərk etsələr yaxşıdır. 


Qulağın tıxacının yuyulması isə klinikada, elektron irriqatorlar vasitəsilə olmalıdır.