Sağlam və cavan olmaq istəyənlərin NƏZƏRİNƏ

  • 09 Noyabr, 2019
  • 2378 Baxış
Sağlam və cavan olmaq istəyənlərin NƏZƏRİNƏ

Müxtəlif ölkələrdə aparılmış araşdırmalar qısamüddətli aclığın insan sağlamlığı üçün çox faydalı olduğunu göstərib.


Medicina.az xəbər verir ki, ağlimlərin fikrinə görə, aclıq zamanı orqanizm xəstə, köhnə toxumalardan və hüceyrələrdən (o cümlədən, hər gün əmələ gələn xərçəng hüceyrələrindən), toksinlərdən, şlaklardan və s. ziyanlı maddələrdən təmizlənir və bu da orqanizmin sağalmasına və cavanlaşmasına kömək edir.

 


Alimlər sübut ediblər ki, müntəzəm olaraq həftədə 1 dəfə 24 saat ərzində ac qalmaq ürək-damar sistemi, xərçəng, mübadilə və s. xəstəliklərinin riskini azaldır, stres və depressiya ilə mübarizədə kömək edir. Aclıq zamanı kifayət qədər su içmək, yüngül işlə məşğul olmaq, ən azı 1 saat ərzində açıq havada gəzmək lazımdır.

 


Hal hazırda müalicəvi aclıq hətta bəzi xəstəliklərin (piylənmə, ateroskleroz, hipertoniya, allergiyalar və s.) müalicəsində istifadə olunur. Müalicəvi aclıq həkim tərəfindən tətbiq olunmalıdır.


Bak İnstitutu (ABŞ) alimlərinin yeni araşdırması sübut edib ki, aclıq zamanı beyin dincəlir və bu da onun fəaliyyətinə çox müsbət təsir edir. Araşdırmanın nəticələri epilepsiya və digər sinir sistemi xəstəliklərinin müalicəsində istifadə oluna bilər.