Saqqız çeynəməyin faydaları və ziyanları

  • 2019.08.26 09:51
  • 6846 Baxış
Saqqız çeynəməyin faydaları və ziyanları

Araşdırmalara görə, bir nəfər il ərzində təxminən 300 ədəd saqqız çeynəyir. Bəs onun orqanizmə hansı təsiri var?


Saqqız çeynəyib atmaq üçün olan maddədir. Əvvəllər saqqız ağac
qabığından hazırlanan qətrandan düzəldilirdi, müasir dövrdə isə bəzi
dadlandırıcı - qliserin, yumşaldıcılar və boyayıcı rəngdən istifadə
edilməklə müxtəlif saqqız növləri hazırlanır.


 


Medicina.az xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanovanın azərtac-a verdiyi məlumata görə, aparılan araşdırmalara əsasən saqqız çeynəməyin
bir sıra faydası var: "Onlardan ən əsası gərginliyin və stressin
azaldılması kimi psixoloji təsirlərdir. Gün ərzində yeməkdən sonra
saqqız çeynəmək diş və ağız təmizliyi üçün faydalıdır. Eyni zamanda
yaddaşı və motivasiyanı artırır, kalori yandırmağa və beləliklə
arıqlamağa kömək olur. Lakin uzun müddət saqqız çeynəməyin ziyanı da
var.


 


 


Həkim-diyetoloq deyib: "Saqqız damarların qan dövranını yaxşılaşdırır
və dişlərin dibini möhkəmləndirir. Uzun müddət saqqız çeynəmək mədənin
eroziyasına və iltihabına səbəb olur, hətta qastrit yarada bilər”.


Uşaqdan böyüyə hər kəs müəyyən vaxtlarda saqqızdan istifadə edir.
Lakin onu çeynəyərkən bir sıra qaydalara əməl etmək də məsləhətdir.

Saqqız çeynəməyin faydaları və ziyanları