– Dörd ərzağı əvəzləmək lazımdırŞƏKƏRİ AZ YEMƏK ÜÇÜN…

  • 2019.06.27 09:28
  • 5762 Baxış
– Dörd ərzağı əvəzləmək lazımdır ŞƏKƏRİ AZ YEMƏK ÜÇÜN…
 

 

İnsanların əksəriyyəti üçün sağlam həyat tərzi yalnız qadağalarla assosiasiya olunur. Əslində isə sərt məhdudiyyət olmadan belə, istənilən ərzağı onun daha faydalı analoqu ilə əvəzləmək olar. Bu zaman orqanizm belə yanaşmaya «təşəkkür»lə cavab verəcək… Medicina.az maraqlı məlumatları təqdim edir.


 

Ketçubu tomat pastası ilə əvəzləyirik

 
Bu məhsulun 100 qramının enerji dəyəri 101,0 kilokalori (kkal) təşkil edir. Bu porsiyada ketçupun tərkibi belədir: Belok – 1 q Yağ – 0,1 q Karbohidratlar – 27,1 q Su – 69,0 q Qida lifi – 0,3 q. 100 qram tomat pastası porsiyasının tərkibində isə aşağıdakı miqdarda qida maddələri olur: Enerji dəyəri – 75,0 kkal Zülal – 3,5 q Yağ – 0,6 q Karbohidratlar – 13,9 q Su – 0,0 q Qida lifləri – 0,0 q. Rasiona natural tomat pastası daxil edilməlidir. Bunun üçün onu sərbəst hazırlamalısan. Belə imkan yoxdursa, o zaman əvvəlcə populyar istehsalçıların reytinqi ilə tanış olmağına dəyər. Supermarketlərin rəflərində seçim zamanı ilk növbədə, məhsulun təkibinə diqqət yetirmək gərəkdir – onun tərkibində pomidordan başqa heç bir tərəvəzin püresi olmamalıdır, tərkibində quru maddələrin miqdarı (konsentrasiyası) isə maksimum 25-45 faiz arasında dəyişməlidir. Çində istehsal olunan belə məhsuldan imtina etmək tövsiyə olunur. Belə ki, quru konsetratı suda həll etməklə hazırlanmış belə məhsulun orqanizmə heç bir faydası yoxdur.
 

 

Şirin kəsmiyi, yumşaq və dadsız olanla əvəzləyin

 

Turş-süd məhsulları mütləq hər bir insanın rasionunda iştirak etməlidir. Bu, onunla bağlıdır ki, süd bakteriyaları orqanizmin müxtəlif xəstəliklərə qarşı davamlılığını artırır və immuniteti yüksəldir.

Klassik şirin tvoroqa üstünlük verərkən, diqqət yetirmək lazımdır ki, bu ərzatın 100 qramının enerji dəyəri 95,0 kilokaloridən artıq olmasın. Belə porsiyada iştirak edir:

 

 
Zülal – 9,1 q Yağ – 5,0 q Karbohidratlar – 3,5 q Su – 0,0 q Qida lifi – 0,0 q. 100 qram yumşaq və yağsızlaşdırılmış tvoroqda isə 32,0 kkal enerji və aşağıdakılar olur: Zülal – 7,0 q Yağ – 0,0 q Karbohidratlar – 1,0 q Qida lifi – 0,0 q. Bu şərtlər daxilində siz, gerçək pəhriz deserti əldə edəcəksiniz və tərkibinə aşağıdakı komponentləri əlavə etməklə, ona xüsusi dad verəcəksiniz: Giləmeyvə «Çəkilmiş» yaşıl alma Sirop

 


 

«Nutella»nın ən yaxşı analoqu – qoz pastasıdır

 

 
Məlum olduğu kimi, «Nutella» xeyli kalorili ərzaqdır – onun 100 qramında 539,0 kkal enerji olur. Bundan başqa «Nutella»nın tərkibində böyük miqdarda (30,9 q) yağ, 6,3 q zülal olur. Ev şəraitində yunan qozundan və xurmadan xüsusi pasta hazırlamaq olar. Belə pastanın 100 qramının enerji dəyəri 437 kkal olur. Xurmanı meyvə qurusu ilə də əvəzləmək olar. Amma bu zaman onun kaloriliyi 282,1 kkal-a qədər enəcək.


 

Snikers – protein batonları

 

 
SNİCKERS – dadlı və yüksk kalorili batondur. Bu şirniyyatın 100 qramında 491 kkal enerji olur. Bundan başqa, snikers yağ (23,9 q.) və kapbohidratla da zəngindir (59,2 q.). Bu ərzağın alternativ əvəzləyicisi protein batonlarıdır. Bu, sağlam və fəal həyat tərzi keçirməyə üstünlük verən insanlar üçün ideal qəlyanaltıdır. Belə məhsulun assortimenti xeyli genişdir, amma daha populyarı azkalorili batoncuqlardır. Onların tərkibində kimyəvi maddələr olmur. Müxtəlif istehsalçıların təklif etdiyi batoncuqların kaloriliyi 135-286 kkal arasında dəyişir. Bəzi ticarət markalı istehsalçılar daha yüksək kalorili (360-513 kkal) məhsul təklif edirlər. (azpolitika)
– Dörd ərzağı əvəzləmək lazımdır ŞƏKƏRİ AZ YEMƏK ÜÇÜN…
– Dörd ərzağı əvəzləmək lazımdır ŞƏKƏRİ AZ YEMƏK ÜÇÜN…
– Dörd ərzağı əvəzləmək lazımdır ŞƏKƏRİ AZ YEMƏK ÜÇÜN…
– Dörd ərzağı əvəzləmək lazımdır ŞƏKƏRİ AZ YEMƏK ÜÇÜN…