Təhlükəli bağırsaq infeksiyasından necə qorunaq? – YAY AYLARINDA ARTAN XƏSTƏLİK SƏBƏBLƏRİ

  • 22 İyun, 2019
  • 1868 Baxış
Təhlükəli bağırsaq infeksiyasından necə qorunaq? – YAY AYLARINDA ARTAN XƏSTƏLİK SƏBƏBLƏRİ


Bağırsaq infeskiyaları ən çox yay aylarında artır. Havanın isti olması mikroorqanizmlərin inkubasiya dövründən çıxıb fəaliyyətə başlaması üçün çox əlverişlidir. Ən çox da qızmar yay günlərində rütubət artdıqda bağırsaq mikrobları hər yerdə yayılmağa başlayır. Medicina.az mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.
 
 Bağırsaqlarda meydana gələn iltihab bakteriya və virus kimi mikroorqanizmlərdən qaynaqlanır. Onların bağırsaqda çoxalması infeksiyaya səbəb olur.
İstirahət zonalarında hökm sürən antisanitariya, kafelərdə satılan ayaqüstü yeməklər, mənşəyi bəlli olmayan ətlərdən hazırlanmış dönərlər əsl infeksiya mənbəyidir.
 
Çimərliklərin suyu, səyyar satıcıların satdıqları, soyuducudan bir neçə saat kənarda qalan qida məhsulları birbaşa xəstəlik mənbəyidir. Belə xoşagəlməz hallarla qarşılaşmamaq üçün yeyilən qidalara diqqət yetirmək lazımdır.
 
 
Suyu ekspertizadan keçməyən çimərliklərdə çimmək olmaz. Yuyulmamış meyvələrin qəbulu, vaxtından tez yetişdirilmiş meyvələr də bağırsaq infeksiyalarına səbəb ola bilər.
Bağırsaq infeksiyasına yoluxmuş xəstələrdə aşağıakı əlamətlər özünü göstərir:
 
 
- qusma
- ürəkbulanma
- ishal
 
 
Bu əlamətlərin hansısa biri baş verərsə, tez bir zamanda həkimə müraciət etmək lazımdır.