... - İtburnu dəmləməsinin FAYDALARITəzyiqi yüksək olanlar, böyrəkdən şikayətlənənlər

  • 2017.12.14 19:50
  • 54165 Baxış
... - İtburnu dəmləməsinin FAYDALARI Təzyiqi yüksək olanlar, böyrəkdən şikayətlənənlər
İtburnu insan səhhətinə təsir edən faydalı bitkilərdən hesab edilir.


Medicina.az xəbər verir ki, bu meyvə C vitamini ilə zəngindir. Şişkinliyi aradan qaldırır, sidikqovucu təsiri mövcuddur. 

Uşaqlarda yaranan xronikiləşmiş öskürəyi sağaltmaq üçün itburnu dəmləməsi çox effektiv təsirə malikdir.

 

Tərkibində olan antioksidant və C vitamini sayəsində vücudu xərçəngə qarşı daha güclü edir. Ancaq xərçəngdən qoruyucu təsir göstərməsi üçün itburnu çayının mütəmadi olaraq içilməsi vacibdir. Alternativ tibb mütəxəssisləri həftədə 3 stəkan içməyi tövsiyə edirlər. 

 

Böyrəyində problemi olanlar və təzyiqdən əziyyət çəkənlər mütləq itburnu dəmləməsinə müraciət etməlidirlər. Gündə 4-5 stəkan dəmləmədən içmək böyrəyi təmizləyərək genişlənməsinin qarşısını alır. Yüksək təzyiqdən əziyyət çəkənlər daima itburnu çayından istifadə edə bilərlər.

 

Qeyd edək ki, təzyiqi aşağı olanların bu dəmləmədən çox istifadə etmələri məsləhət görülmür. Çünki təzyiq daha da aşağı enərək vəziyyəti pisləşdirə bilər.