Toxumu da, gülü də faydalıdır - YANIQ YARALARINI SAĞALDIR, SİDİK QOVUCU TƏSİRƏ MALİKDİR

  • 20 Avqust, 2019
  • 3540 Baxış
Toxumu da, gülü də faydalıdır - YANIQ YARALARINI SAĞALDIR, SİDİK QOVUCU TƏSİRƏ MALİKDİR
 Qurumuş cirə toxumlarını 3 il müddətinə saxlamaq olur. Belə ki, bu müddət başa çatdıqdan sonra toxumlar öz keyfiyyətini itirməyə başlayır.
Adi cirəgülü toxumlarının tərkibi efir yağları ilıə zəngindir. Bu yağlar onun gözəl qoxuya malik olmasına səbəb olur.  Cirəgülü toxumlarının efir yağlarından istifadə etməzdən əvvəl onu 12-24 saat ərzində suda islatmaq lazımdır. Medicina.az bu möcüzəvi bitki haqında maraqlı məlumatları təqdim edir.
 
Adi cirəgülünün efir yağlarından ətriyyatda geniş istifadə edilir. Ondan müxtəlif sabunların, parfümetuiya məmulatlarının hazırlanmasında istifadə edilir. Ondan alınan yağlar sousların, ət və balıq məhsullarının, turşuların hazırlanmasında geniş istifadfə edilir. Onun yağı kakao yağını əvəz edə bildiyinə görə tibb və konditer sənayesində geniş istifadə olunur.Cirə toxumunun mixək və keşniş toxumu ilə qarışımından ətirli ədviyyat əldə edilir.
 
100 qram adi cirəgülünün qida dəyəri:
 
 
- Zülallar – 17,5 qr
- Yağlar – 15,5 qr
- Karbohidratlar – 35,5 qr
- Su – 9,6 qr
- Kalorin- 337 kKal.
 
 
Cirəgülüdən alınan efir yağlarından ağciyər, bronxların xəstəlikləri, astma, səsin batması, səsin xırıldaması, qızdırmanın yüksəlməsi, orqanizmi ayıldıcı, həzmi və iştahanı normallaşdırıcı məqsədlə istifadə edilir. Cirə yağı bronxların selikli qişalarında olan qıcıqlanmaları, selikli qişalarda yığılıb qalan artıq seliyin xaric olmasını sürətləndirir. Cirəgülü toxumları nazik bağırsaqlarda baş verən spazmların qarşısını alır, yoğun bağırsaqlardakı saya əzələ toxumasının möhkəmlənməsinə səbəb olur.
 
 
Nəfəsalmanı asanlaşdırır, boğulma tutmalarının sayının azalmasına səbəb olur. Cirə bağırsaq qanaxmalarının, ağrılı aybaşının, şüalanmanın, əsəb səbəbli depresiyanın, əsəb səbəbli baş verən qusmaların, miqrenin, ürək döyünmənin aradan qalxmasına səbəb olur. O astmanın və sinqa xəstəliyinin sağalmasını sürətləndirir.
 
Adi cirəgülündən alınmış efir yağları ilə inhalyasiya etmək öskürəyin sağalmasına səbəb olur. Onunla biyan kökünün qarışımından hazırlanan dəmləmə uşaqlıq əzələsinin yığılmasına səbəb olur, qanaxmaları kəsir. Cirənin şəkərli suda dəmləməsi üz dərisinin qocalmasının qarşısını alır, orqanizmdə olan zəhərli maddələrin təsirini neytrallaşdırır, süd əmizdirən qadınların döşlərinə südün gəlməsini artırır. Bunun üçün bir-neçə damcı efir yağını qəndin üstünə damızdırıb yemək lazımdır.
 
Ondan alınmış efir yağını yumurta ağı ilə qarışdırıb dəridəki yanıqlara sürtdükdə yaralar tez bir zamanda sağalır.
Adi cirəgülünün orqanimə faydalı təsirini görmək üçün 1-3 qaşıq cirə toxumunu 1 stəkan qaynar suda 15 dəqiqə dəmləyib içmək lazımdır. Dəmləməni az-az və gün ərzində qəbul eləmək lazımdır.
 
 
Dəmləməni çay əvəzinə də içmək mümkündür. Bu zaman 4 çay qaşığı cirə toxumunu 200 ml suda 6-7 dəqiqə qaynadıb soyuduqdan sonra gündə 2 xörək qaşığı olmaqla 3 dəfə içmək lazımdır. Gün ərzində 3 qram üyüdülmüş cirə toxumunu və ya 3-5 damcı cirə yağı aybaşı gecikmələrinin normallaşmasına, cinsi həvəsin artmasına səbəb olur.
 
Cirə toxumu sidikqovucu təsirə malikdir. Bunun üçün 2 çay qaşığı cirə toxumunu 1 stəkan qaynar suda 30 dəqiqə su vannasında dəmləmək, 10 dəqiqə soyutduqdan sonra gündə 3-4 dəfə 1 xörək qaşığı içmək lazımdır. Dəri funksiyasını yaxşılaşdırmaq məqsədilə 1 çay qaşığı təzə cirəni 0,5 stəkan qaynar suda 1 saat saxlayıb gündə 4 dəfə yarım stəkan olmaqla içmək lazımdır.
 
 
Melanxolik vəziyyətlərdə və qorxulu yuxu görmələr zamanı cirə yemək əlamətlərin aradan qalxmasına səbəb olur.
Şüyüd və razyana toxumları da cirə toxumları ilə eyni təsirə malikdir. Cirənin təzə yarpaqlarından salatların və qarnirlərin hazırlanması zamanı istifadə edilir. Onun təzə yarpaqları ət yeməklərinə və souslara əlavə etdikdə yeməklər daha da dadlı olur.
 
 
Tibbdə də cirənin efir yağlarından geniş istifadə edilir. Onun yağını naşatır spirtinə, eliksirlərə, müalicəvi diş pastalarına əlavə edirlər. Cirə yağından sabunların, şampunların, müxtəlif içkilərin və qida məhsullarının hazırlanmasında istifadə edilir. Cirə toxumlarının tərkibi C, P vitaminləri, efir yağları, xolin, zülal, şəkər, kumarin, stilmasterin, mikroelementlər, atenol, dianetol, metilxavikol, anisketon, cirə turşusu, anisaldehid yağları ilə zəngindir. Cirə
 
orqanizmdə aşağıdakı təsirlərə səbəb ola bilir:
 
 
- Həzmi sürətləndirir
- Iştahanı artırır
- Bağırsaq spazmlarını aradan qaldırır
- Antibiotiklərin təsirini sürətləndirir
- Dərini sağlamlaşdırır
- Cinsi həvəsi artırır
- Aybaşı pozğunluqlarını aradan qaldırır

- Südəmizdirən anaların döşlərinə südün gəlməsini artırır
- Orqanizmdən zərərli maddələri xaric edir.
 
 
Adi cirədə aşağıdakı patologiyalar zamanı istifadə edilir:
- İshal
- Öskürtək
- Qızdırma
- Halsızlıq
- Şişkinlik
- Bağırsaq qanaxmaları
- Aybaşı pozğunluqları
- Miqren
- Sinir sistemi səbəbli qusmalar
- Ürəkdöyünmə
- Səsin batması
- Yanıqlar
- Şüalanma
- Sinqa
- Sinir səbəbli dispepsiya
 
 
Adi cirənin zərərli xüsusiyyətləri:
Xroniki mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə və hamilələrə adi cirədən istifadə etmək olmaz. Həddindən çox cirə yağı içmək mədənin qıcıqlanmasına və baş hərlənməsinə səbəb ola bilir.