Uğursuzluq və problemdən başını itirəndə, yat - Alimlərdən tövsiyyə

  • 27 Aprel, 2019
  • 4414 Baxış
Uğursuzluq və problemdən başını itirəndə, yat -	Alimlərdən tövsiyyə
Yuxu insana iş və şəxsi həyatdakı uğursuzluq, problem, aşağılayıcı hadisələri unutmağa və tez atlatmağa kömək edir.
Medicina.az xəbər verir ki, yalnız yatarkən beyin neyronlar səviyyəsində mənfi emosiyaları adekvat olaraq yerbəyer edir, lazım olmayan informasiyanı azaldır, silir. 

Əksinə yatmayan və yuxusuzluqdan əziyyət çəkən insanlar daha çox keçmişdə baş vermiş utancverici uğursuz emosiyaların əsirinə çevrilir və daim təşviş içində yaşayır. 

Bu nəticəyə Niderland Nevrologiya institutunun alimləri gəlib. Onlar 27 nəfər yuxusuzluqdan əziyyət çəkən, 30 nəfər isə normal yuxusu olan insanı müşahidə edib. Təcrübədə iştirak edən bu könüllülərə həyatlarının ən pis, utancverici anını xatırlamağı tapşırıblar. Bu zaman beynin MRT skan olunması aparılıb. Eksperimenti bir də səhər yuxudan sonra təkrarlayıblar.

Məlum olub ki, gecə yaxşı, dərin yatanlar bu neqativ emosiyanı neytrallaşdırıb, təsirini azaldıblar. Yata bilməyənlərdə isə bu alınmayıb, onlar səhər də axşam düşündükləri o neqativ hadisəinin təsiri altında olublar.

Beyində neqativ hisslərə cavab verən limbik sistem var.  Yaxşı və uzun yuxu alarkən bu sistem neytrallaşır. Yatmayanda isə əksinə, daha da aktivləşdirərək, insanın ümumi əhvalına pis təsir edir.

Ona görə də alimlər problemli günlərdə  neqativ hissləri azaltmaq üçün düşünüb fikir etməyi yox, yatmağı məsləhət görür.