Uzunömürlülüyün kodunu bu meyvədə tapdılar – Azərbaycanda yetişir

  • 27 İyun, 2019
  • 30524 Baxış
Uzunömürlülüyün kodunu bu meyvədə tapdılar – Azərbaycanda yetişir
Alman alimləri tədqiqatlarının nəticəsi olaraq elan ediblər ki, insan orqanizminin hüceyrələrinin energetik stansiyasının işi urolitin A və xüsusi metobolit biomolekulların birləşməsindən asılıdır. 

Məhz bu kimyəvi birləşmə hüceyrələrin ömrünü uzadır, həyatını artırır və gəncliyini təmin edir.
Medicina.az xəbər verir ki, urolitin A və həmin biomolekulun ikisinin olduğu meyvənin nar olduğu təsdiqlənib.

Narda olan maddələr hüceyrələrin membranını zədələyən sərbəst radikalları neytrallaşdırır, insanın daxilən və xaricən qocalmasının qarşısını alır.

Alimlər narı bütün fəsillərdə qəbul etməyin vacibliyini bildirir. Azərbaycan narın vətənidir, bizdə dünyanın ən keyfiyyətli nar növlərindən biri yetişir. Təəssüf ki, insanlar bu meyvəyə alma, banan qədər yaxın deyil.