Viaqra qurbanları – Kişilərin sevimli dərmanının ölümcül təsiri-FAKTLAR

  • 20 İyun, 2019
  • 35619 Baxış
Viaqra qurbanları – Kişilərin sevimli dərmanının ölümcül təsiri-FAKTLAR
Deyilənə görə, kişilər ölümdən belə o dərəcədə qorxmur, nəinki impotentlikdən. Ona görə də ilk dərmanlar, tozlar içərisində kişilərin axtardığı o möcüzə vasitə də yer alıb.

İndi apteklərdə hər 10 kişidən 7-sinin soruşduğu "Viaqra”nı  Amerikanın məşhur "Pfizer International" firması hazırlayaraq, satışa çıxarıb. Uğurlu reklam kompaniyası nəticəsində dərman milyonlarla satıldı, kişilər artıq qorxulu röyalarından qurtulmağın yolunu tapdıqlarına görə sevinirdilər. Tədricən kişilərlə bərabər qadınlar da həkim tövsiyəsi olmadan kişilər üçün hazırlanan bu dərmandan istifadə etməyə başladılar. 

Amma Viaqra icad olunandan bu vaxta kimi yüzlərlə kişi bu preparatın təsirinə dözməyərək ölüb. Bu ölümlərin Viaqradan olmasını sübut etmək üçün nə qədər məhkəmələr olub, nə qədər günahsız insanlar şübhəli qismində tutulub.

Medicina.az xəbər verir ki, Viaqra preparatı daha çox miokard infarktı və insulta səbəb olur.

Əslində elə dərmanın yaradan kimyaçı alim və istehsalçılar Viaqranı cinsi istəksizlik və impotensiya üçün yox, ürək ansginasının müalicəsi üçün hazırlamışdılar. Dərman qan dövranını artırmaq qabiliyyətinə malik idi. Amma kliniki tədqiqatlarda bu effekt alınmadı və Viaqra ümidləri doğrultmadı. Lakin eksperimentdə iştirak edən könüllülər dərmanın ayrı effektini hiss etdilər. Dərman ereksiyanı artırıb, cinsi zəiflik yaşayanlara müsbət təsir etmişdi.  

Fahişələr məhkəmə qarşısında

Viaqra çıxdığı ilk 10 ildə qalmaqallı müştəri qətli xəbərləri qəzetləri bəzəyirdi. 19
1998-ci ildə Honkonqda bir fahişənin  məhkəmə prosesi keçirilirdi. Qadın qarət məqsədilə öz daimi müştərisini öldürməkdə ittiham olunurdu.  Aylarla sürən istintaqdan sonra məlum oldu ki, 82 yaşlı kişi heç də qarətin qurbanı olmayıb. Onun ölümünə səbəb Viaqra idi.
2002-ci ildə Amerikada açıqlanan bir hesabat isə dərmanın adını təhlükəli preparatlar siyahısına daxil etməyi tövsiyyə edir. Dərmanlara nəzarət departamentinə "Viaqra" qəbulundan sonra 130 ölüm faktının olduğu barədə məlumat daxil oldu. Ölümlərdən 3-ü insultdan, 77-i isə ürək-damar xəstəliklərindən baş vermişdi. 48 ölümün səbəbi naməlum qalmışdı. Ölənlərin 70 faizində miokard infarktı və ya insulta yol aça biləcək faktorların özünü göstərdiyi vurğulanırdı. Bura yüksək qan təzyiqi, qanda xolesterinin miqdarının həddindən artıq olması, piylənmə daxil idi. Ölənlərdən 16 nəfəri isə "Viaqra" qəbulu zamanı yolverilməz hərəkət etmişdilər - nitratlardan olan dərmanları "Viaqra" ilə eyni zamanda qəbul etmişdilər ki, həkimlər bunu yolverilməz hesab edir. Başqa sözlə, öz əlləri ilə ölüm yolu açmışdılar. Beləliklə də şübhələr birbaşa "Viaqra" nın üzərindən götürüldü. 


Viaqradan zərər və ölümə görə insanlar zaman-zaman şirkəti məhkəməyə verib, yüksək təzminat iddia etsələr də, istehsalçı məhkəmələrdən həmişə qalib çıxıb. Əksər hallarda ölümün səbəbi kimi cinsi akt zamanı ürək-damar sistemi xəstəlikləri, infarkt və ya insult göstərilib. Buna görə də xüsusilə ürəyindən şikayəti olanların, yaşlıların bu dərmandan istifadədən öncə həkimlə məsləhətləşməsi vacib sayılır. 
Beynəlxalq ürək xəstəlikləri asossiasiyasının kardioloqları belə hesab edirlər ki, dərmanın qəbulundan əvvəl sekspotoloq və ya uroloqla məsləhətləşmə vacib sayılır. 

Xroniki xəstəliklər zamanı da dərmanın istifadəsi xüsusi ehtiyat tələb edir. 
Çoxları bu dərmanı yeməkdən sonra qəbul etsələr də, həkim yeməkdən əvvəl qəbulunu vacib hesab edir. Bu zaman dərmanın təsiri daha tez özünü göstərir. 
 
 

 
Hansı dərmanlarla birgə yolverilməzdir?

Nitratlardan olan dərmanlarla "Viaqra"nın eyni zamanda qəbulu yolverilməzdir. Bura nitroqliserin, deponit, olikard, efoks, nitrionq də s. daxildir. Əsasən ürək ağrılarında qəbul edilən nitratlarla "Viaqra" bir arada qətiyyən yola getmir. İki dərmanın bir arada qəbulu arterial təzyiqin dəyişməsinə səbəb olur ki, bu da insan həyatı üçün təhlükəlidir.

Ən çox gənclər alır

Apteklərdə aparılan sorğumuz nəticəsində məlum oldu ki, hazırda Viaqra  ilə yanaşı müxtəlif Rusiya, Çin, Almaniya istehsalı digər cinsi istəyi artıran dərmanlar, gellər,damcılar satışda var. İnsanlar Viaqra desələr də, elə bu təsirdə digər, daha ucuz dərmanları, vasitələri həvəslə alırlar.
Alıcılar isə yaşlılardan çox gənclərdir. Hətta daha gənc yaşlılar – 22-24 yaşlı oğlanlar da bu dərmanlardan tez-tez əldə edir. Səbəb isə həyəcandan qadınla görüşdən özünə arxayın olmaq və ya qadınlara öz üstün güclərini nümayiş etdirməkdir.

Aptekdə çalışanlar bəzən Viaqranı 14-16 yaş arası yeniyetmələr də soruşur, amma bu yaşda uşaqlara satmırıq. 
Kişilər dərmanı gizlicə qəbul edir, hətta yaxınlarına və dostlarına da dərmandan kömək umduqlarını bildirmir. 

Həkim məsləhəti ilə alınmalıdır

Viaqra müvəqqəti təsiredici, effekti keçici vasitədir. Əgər kişinin impotensiya problemi varsa, mütləq uroloq və seksopatoloq müalicəsi almalıdır. Lazım gələrsə, həkimlər özləri də pasiyentə müvəqqəti olaraq bu dərmanlardan istifadəni məsləhət görəcək. 
Amma Viaqra ilə problem müalicə olunmur.

Kimlər üçün  təhlükəlidir?

-Mİokard infarktı keçirmiş orta yaşlı insanlar
-Yüksək qan təzyiqi olanlar
-Ürəyində problem olanlar
-Beyin qan dövranı pozğunluğu
-Böyrək çatışmazlığı
-Çəkisi 100 kq-dan yuxarı olanlar
-Uzun müddət yolda avtomobil idarə edənlər
-Ürək və təzyiq dərmanları ilə birgə
-Energetik və yüksək spirtli içkilərlə birgə qəbulu olmaz

Xatırladaq ki, ərəb turistlərin ölkəmizə axını zamanı bir çox turistlərin otel otağında qəfil ölüm səbəblərindən biri də qadınla görüşdən öncə yüksək dozada içki və Viaqra qəbul etmələri idi.

Çox zaman öləm şəxsin yaxınları bu faktı ört-basdır edir və mərhumun elə infarktdan öldüyünü bəyan edir.