Xərçəngə qalib gələn müğənnidən kişilərə MƏSLƏHƏT

  • 2019.09.19 09:14
  • 6463 Baxış
Xərçəngə qalib gələn müğənnidən kişilərə  MƏSLƏHƏT
Dünyaca məşhur ilngili rok ulduzu Rod Styuart 3 ildir mübarizə apardığı xərçəng xəstəliyinə qalib gəlib.



Medicina.az xarici mediaya istinadla xəbər verir ki, prostat xərçəngindən əziyyət çəkən 74 yaşlı ifaçı artıq tamamilə sağaldığını deyib.

 

2016-cı ildə xəstə olduğunu öyrənən Styuart erkən diaqnozun önəmini vurğulayıb. O, kişilərə səslənərək, mütəmadi həkim nəzarətindən keçməyi məsləhət görüb. Müğənni eyni zamanda stresdən, içkidən və digər pis vərdişlərdən uzaq durmağı tövsiyyə edib.